Bu məşhur qadınlar yaşlanmağı əməliyyatlarla gizlətmək əvəzinə təbii gözəlliklərini qorumağı bacarıblar. Üstəlik təbii gözəllikləri ilə plastik əməliyyatla gözəlləşməyə çalışan yaşıdlarına meydan oxuyurlar.
Culianna Mur
57 yaşlı "Oscar" mükafatlı aktrisa qırışları gizlətməyə çalışmır və hər halı ilə gözəl olduğunu sübut edir.
Keyt Uinslet
"Titanik" filmindəki obrazı ilə yaddaşlara həkk olunan 42 yaşlı aktrisa üç uşaq anası olmasına rəğmən, plastik əməliyyat etdirmir. Bu təbii halı ilə hər kəsi heyran qoyur.
Culiya Roberts
50 yaşlı məşhur aktrisa üç uşaq anası olmasına baxmayaraq, bədən quruluşunu qorumağı bacarıb.
Codi Foster
İki uşaq anası olan 55 yaşlı Jodie Foster makiyajsız halına belə, çox güvənir.
Selma Hayek
51 yaşlı meksikalı gözəl illər boyu gözəlliyi və cazibədarlığı təmsil edən rollarda oynayıb.
Meril Strip
Bu qadının 68 yaşında və dörd uşaq anası olduğuna inana bilirsiniz? Hər nə olursa-olsun, o, gözəllik əməliyyatlarına "xeyr" deyir.
Milli.Az