Qadin.NET / Rachel Weizs

Rachel Weizs

Rachel Weizs

Rachel Hannah Weisz 1970-ci il 7martda İngiltərədə anadan olmuşdur. Rachelin valideynləri İngiltərəyə 1938-ci ildə köçüblər. Atası macar, anası isə avstraliyalı olub. Rachelin Minnie adında bir bacısı var. 14 yaşı olanda modelliklə məşğul olmağa başlayır. 16 yaşında ədəbiyyat müəllimi onun xüsusi istedada sahib olduğunu görmüş və onu yönləndirmişdir. Sənət məktəbini ikinciliklə bitirdikdən sonra bir çox yerdən iş təklifi almışdır. Cambridge universitetində təhsil alıb.

Rachel Weizs

İlk televiziya təcrübəsi İnspector Morse serialı ilə başlamışdır. Filmlərdə olan uğurunu isə ilk dəfə Death Machine-də əldə etmişdir. Amma əsl şöhrəti ona  1996cı ildə çəkildiyi Chain Rectation filmi gətirmişdir. Mumya filmi də ona inanılmaz şöhrət qazandırmışdır. Mən isə onu daha çox The Fountain filmindən sonra sevməyə başladım. 

Rachel Weizs

2001ci ildə Darren Aronofsky ilə münasibətləri başlayır. 2005-ci ildə nişanlanırlar. 2010-cu ildə ayrılırlar.2011-ci ildə isə James Bond filminin əsas aktyoru olan Daniel Craiglə evlənir.

Mumya , Stealing Beauty, The Shape of Things, About a Boy, Constantine, Agora, Sunshine, The Lovely Bones, The Constant Gardener və digər filmlərə çəkilmişdir.

Academy Award, Golden Globe, ən yaxşı aktirisa mükafatlarına layiq görülmüşdür.


15 dekabr 2016
GO BACK