"Eurovision 2016"-nın qalibi olan Camala bu müsabiqədən sonra daha çox tanındı. Bir tərəfdən onun qalibiyyətinə siyasi məna verənlər, digər tərəfdə layiqli qalibiyyət olduğunu dönə-dönə bəyan edənlər çıxdı. Biz isə burada tamamilə fərqli bir mövzuda, Camalanın özü haqqında bəhs edəcəyik. Gəlin, birlikdə öyrənək, görək, Camala əslində kimdir?
Camala-əslində təxəllüsdür. Bu ad öz soyadının- Camaləddinova-nın qısaldılmış formasıdır. Əsl adı Susannadır. Qırğızıstanda anadan olub. Anası erməni, atası tatar olan Camala 1989-cu ildə Kırıma köçür. Müğənninin böyük bacısı Evelina müsabiqə boyunca ona dəstək çıxırdı.
Camala əsl "undirkind"dir. belə ki, oxumağa üç yaşında başalayan Camala, artıq 9 yaşında 12 uşaq mahnısından ibarət ilk albomunu buraxdı.
Müsahibələrinin birində müğənni qeyd edib ki, ilk musiqi dərsini erməni əsilli müəllimdən alıb. Caza xüsusi sevgisini məhz o müəlliminə borclu olduğunu vurğulayıb.