Qadin.NET / Serenay Sarıkaya

Serenay Sarıkaya

 

 

Serenay Sarıkaya 1 iyul 1991-ci ildə Antalyada dünyaya gəlib. Anası Ümran, atası Mustafa Sarıkayadır. 6 yaşındaykən valideynləri boşanıb. İlk və orta məktəbi bitirdikdən sonra Antalya Saim Saleh konca Liseyindən məzun olmuşdur. İstanbul Ataşehir Adıgüzel Gözəl Sənətlər Liseyi Teatr Hissəsində təhsilini davam edib. 

2007-ci ildə Çex Respublikasında təşkil edilən "Avropa Gənclər Gözəllik Yarışması"-da, Türkiyəni təmsil etmə haqqı qazanmışdır. Yarışmada ölkəsini ən yaxşı şəkildə təmsil edərək "Münsif Xüsusi Mükafatı"-nı almış və dördüncü yerə layiq görülmüçdür.

2010-ci ildə qatıldığı "Türkiyə Gözəllik Kraliçası" yarışmasında isə ikinci olmuşdur. 

 

 

16 yaşındaykən 2008-ci ildə "Çimərlikdə" adlı filmdə rol almışdır. Ardından eyni ildə "Pəri nağılı" və "Limon ağacı" seriallarında baş rol oynamışdır.

Daha sonra "Adanalı" serialında Oktay Kaynarcanın qızı rolunda oynamış və tanınmışdır.

2010-cu ildə "Lalə dövrü" serialında Yeşim xarakterini canlandırmışdır. 2013-ci ildə "THE OC" serialından uyğunlaşdırma edilən "Mədcəzir" serialında Mira xarakterini canlandırdı. 

Çəkildiyi film və seriallar: 

2013 - "Mədcəzir" (Serial) 

2013 - "Behzat Ç. Ankara yanır" (Film) 

2010-2012 - "Lalə dövrü" (Serial) 

2010-2011 - "Yer göy eşq" (Serial) 

2008-2010 - "Adanalı" (Serial) 

2008 - "Limon ağacı" (Serial) 

2008 - "Pəri nağılı" (Serial) 

2008 - Çimərlikdə (Film)

 

 

Ankaralı olan ancaq gəncliyinin ilk illərini Antaliyada keçirmiş olan Serenay, Gözəl Sənətlər Liseyində oxumuşdur. Universitet üçün həmişə xaricə getməyi xəyal edən Sarıkaya uşaqlıq xəyallarından bəhs etdi; "Uşaqkən aktyorluğa dair bir xəyalım yox idi amma modellik ya da vizuallığa xitab edən bir iş etməyi istəyirdim. Aktyorluq təsadüfi oldu mənim üçün." Serenay, sözlərinə belə davam edir: "Çətin bir sektorun içində, bu qədər kiçik yaşda mübarizə etmək bəlkə bu vəziyyətin tək dezavantajı ola bilər amma mübarizə heç bir zaman məni yıldırmadı. Bəli yordu, düşündürdü amma heç vazgeçirmedi. İndi də bunun meyvələrini aldığımı düşünürəm.

9 avqust 2014
GO BACK