Qadin.NET / Hind gözəli Aişvariya Rai

Hind gözəli Aişvariya Rai

Aişvariya  Rai  1973-cü  il  noyabrın 1-də  Hindistanın  Manqalor  əyalətində anadan  olmuşdur. Ziyalı  ailədən  olduğuna  görə  ciddi  nəzarətdə  tərbiyə almışdır. Uşaqlıqdan  klassik  hind  musiqisi  və  rəqslərinin  sirlərinə yiyələnmişdir. Həkim  olmaq  arzusunda  olsa da,  karyerasına  model  kimi başlamışdır.  

Hind gözəli Aişvariya Rai

Çoxları onu planetin ən gözəl qadını hesab edirlər.  

Hind gözəli Aişvariya Rai

1994- cü ildə Aişvariya Rai "Dünya gözəli " müsabiqəsinin qalibi olur və bununlada Hindistanın bir nömrəli  modelinə çevrilir. Onun şəkilləri  Vogue Magazine  jurnalını bəzəyir. Aişvariya  həm də   L`oreal ,  Coca-cola, DeVers firmalarının simasıdır.  

Hind gözəli Aişvariya Rai
Hind gözəli Aişvariya Rai
"Dünya gözəli"  müsabiqəsində qazandığı  uğurdan  sonra  Aişvariya  Bollivuddan kinoya çəkilmək üçün  çoxlu  sayda  dəvət alır. Kinoda ilk rolu  1997-ci ildə çəkilən "İruvar"  filmi olmuşdur. "Yalançı  aşiq" filminə  görə  ilin ən yaxşı  debütantı  kimi  mükafatlandırılmışdır.  2000-ci  ildə "Əbədi  səninlə" filmində  ən yaxşı  qadın roluna görə, 2001-ci  ildə "Mükafata  sevgi" filmində  ilin  ən yaxşı aktrisası  mükafatına layiq  görülmüşdür. 2002-ci  ildə isə  onun və hind kinosunun  ən  uğurlu  filmlərindən   sayılan  " Devdas "   filmi Kann festivalında nümayiş olunmuşdur. 40-dan çox hind filmində rol alan Aişvariya Hollivud rejissorlarının da diqqətindən kənarda qalmamışdır. O, Hollivudda da boyük şöhrət qazanmışdır.
  Hind gözəli Aişvariya Rai

Hind gözəli Aişvariya Rai

Hind gözəli Aişvariya Rai
                  
2007-ci  ildə  Aişvariya  Rai  Bollivudun  kralı  sayılan məşhur  aktyor  Amitabx  Baççanın  oğlu  Abişek  Baççanla ailə qurur.Qeyd  edək ki ,  Abişek özü də Bollivud ulduzlarından biridir. Bu  gözəl  cütlük  hal-hazırda da kino sahəsində öz fəaliyyətlərini davam etdirirlər  və hələ  neçə-neçə  uğurlu  layihələri  ilə  tamaşaçılarını  sevindirəcəklər.   

Hind gözəli Aişvariya Rai

Hind gözəli Aişvariya Rai

Hind gözəli Aişvariya Rai

29 oktyabr 2011
GO BACK