Qadin.NET / Serenay Sarıkaya

Serenay Sarıkaya

Adı və soyadı: Serenay Sarıkaya

Doğum yeri: Antaliya

Doğum tarixi: 01 İyul 1991

Boyu:175 sm

Ayaq ölçüsü: 39

Peşəsi: Kino sənətçisi və serial oyunçusu olsa da,özünü bir çox sahələrdə sınayıb və kifayət qədər uğur əldə edib. Belə ki, kino və seriallarla yanaşı, həm də müğənni kimi özünü sınayıb. Gözəl səsi olsa da, hələ ki, oxumağı arxa planda saxlayır. Maniken kimi fəaliyyət göstərir. 34 bədən ölçüsüylə 2010-cu ildə keçirilən "Türkiyə Gözəllik Yarışması"nda ikinci yerə layiq görülüb. Daha sonra özünü salsa rəqsində sınayıb, 7 il rəqslə məşğul olub.

Serenay təhsilini "Antaliya Saime Saleh Konca Liseyi"ndə alıb. Tennis və voleybol oynamağı sevir və rok musiqisi dinləyir.

Serenay Sarıkaya 2007-ci ildə Çex Respublikasında təşkil edilən "Avropa Gənclər Gözəlik yarışı"nda Türkiyəni təmsil etmək haqqını qazanmışdır. Yarışmada ölkəni ən yaxşı şəkildə təmsil edərək "Xüsusi Münsif Mükafatı"nı almış və dördüncü yeri tutmuşdur.

Çəkildiyi filmlər:

- "Adanalı", 2008 (Sofia)

- "Plajda" , 2008 (Aslı)

- "Paramparça Aşk", 2008

- "Limon Ağacı", 2008 (Peri)

- "Peri Masalı", 2008 (Talya)

- "Lale Devri", 2010 (Yeşim Taşkıran)

 

Serenay Sarıkaya


Serenay Sarıkaya


Serenay Sarıkaya


Serenay Sarıkaya


Serenay Sarıkaya


Serenay Sarıkaya
28 sentyabr 2011
GO BACK