Qadin.NET / Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti

Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti

Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti

Aşiqlərim həmişə məndən niyə Merinin yerini tuta bilmədiklərini soruşurlar. Cavab çox sadədi. Çünki, bu mümkün deyil. Mən heç bir kişini Merini sevdiyim şəkildə sevməmişəm"

Bu sözlər "Queen" qrupunun solisti, dahi musiqiçi Fredi Merkuriyə aiddi. Haqqında danışdığı isə onun həyatının tək qadını Meri Ostindi. Meri və Fredi "Queen" qrupunun yaranma zamanında tanış olmuşdular. Meri 19 yaşında idi. Çox kasıb bir ailədə doğulduğu üçün 15 yaşında məktəbdən çıxmış və bir mağazada çalışmağa başlamışdı. Burada "Queen" qrupunun gitaristi Brayn Mey ilə tanış olmuşdu. Freddini də onun vasitəsi ilə tanımışdı. Fredi əvvəlcə Meyə qızdan xosu gəldiyini demişdi. Brayn isə aralarında ciddi bir şey olmadığı bildirmişdi. 
Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti
"Həyatım boyu bu qədər özünə güvənən birini görməmişdim"
Meri ilk görüşləri haqqında belə deyir. Ancaq Fredi ancaq altı ay sonra sevgisini etiraf edə bilmişdi. Cütlük pulsuz olduqları üçün başqa bir ailə ilə ortaq hamamı və mətbəxi olan bir mənzil tutdular. İrəliləyən zamanda qrup uğur qazanmağa başladı. Daha böyük bir mənzilə keçdilər və yeni ildə Fredi Meriyə evlilik təklif etdi. Yaşıl qaşlı bir üzüklə nişanlandılar. 6 il birlikdə yaşadılar. Lakin son ildə Meri uzaqlaşdıqlarını hiss edirdi. O düşünürdü ki, Fredi çox məşhurdu və başqa qadın var. Artıq onun həyatından getmək vaxtıdı.

Məsələ isə tamam başqadı. Fredi öz cinsi kimliyini kəşf edirdi. O, homoseksual idi. Göz yaşları içində münasibətlərini bitirdilər.

 

Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti
"Həyatımın sevgisi"

 

Sevgi münasibəti bitdi. Ancaq Fredi Meridən ayrılmaq istəmirdi. Həyatdakı ən yaxın adamından, onu heç kimin tanımadığı kimi tanıyandan. Meriyə həsr etdiyi "Love of my life" balladasında deyirdi - "Sən həyatımın sevgisisən. Sevgini məndən alma, onu geri gətir. Onun mənim üçün nə olduğunu bilmirsən."

Fredi öz evinin yanında Meriyə də bir ev aldı. O, həmişə yaxınında olsun istəyirdi. Merini musiqi şirkətinə işə götürdü. Artıq konsertlərə və səfərlərə də Merini aparırdı.

"Mən Merinin sevgilisini qısqanmıram. Mənim həyatım olduğu kimi onun da həyatı var. Mən sadəcə o xoşbəxdirmi deyə narahat oluram. Biz heç kimin çatmadığı bir nöqtəyə çatmışıq. Bizim aramızdakı bağı heç kim bizdən ala bilməz."

 

Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti

 

Bir müddət sonra Meri rəssam Pier Kameronla tanış olur. Tezliklə ilk oğlunu dünyaya gətirir. Fredi onun xaç atası olur. Meri deyir, "O, elə həyəcanla xəstəxanaya bizi görməyə gəlmişdi ki. Mən onun oğluma ilk sözlərini öyətməyini xatırlayıram. Bu sözlər traktor və gitara idi.

Fredi müsahibəsində qeyd edir - "O, mənə iki dəqiqəlik məsafədədi. Hələ də onun üçün dəli oluram. Son nəfəsimə kimi onu sevəcəm. Yəqin ki, biz birlikdə qocalacağıq."

Təəssüf ki, Fredi ruhdaşı ilə birlikdə qocala bilmədi. 1987-ci ildə AİDS xəstəliyini daşdığını öyrəndi. Əvvəlcə sevgilisi Cimə, sonra da Meriyə dedi. İstəsələr gedə bilərdilər. Ancaq hər ikisi son nəfəsinə qədər Fredinin yanından ayrılmadı.

"Son zamanlarında o, müalicəni dayandırdı. Meri mən getmək istəyirəm dedi. O, üzündə təbəssümlə getdi. Mən hər gün altı saat onun yatağının yanında otururdum. O yatırdı, bəzən gözünü açıb gülümsəyir, "köhnə dost, sənsən? " deyirdi."

 

Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti

 

1991-ci il 24 noyabrda dahi musiqiçi Fredi Merkuri 45 yaşnda həyata gözlərini yumdu. Meri üçün ağır günlər idi. İkisi bir zamanların sevgilisi, ruhdaş, bacı-qardaş, ana-oğul, 20 il ayrılmaz dost olmuşdular. O, ağır günlərdə Meri ikinci oğluna hamilə idi.

Fredi vəsiyyətnaməsində 500 min paund sevgilisi Cimə, 500 min paund şoferi və qorumasına, 100 min paund isə aspazına bağışlamışdı. Geri qalan sərvətinin 25 faizi valideyinlərinə, 25 faizi bacısına, 50 faizi isə Meriyə çatacaqdı.

"Hər şey normal davam etsə biz evlənəcəkdik. Və hər şeyim onun olacaqdı. Kim nə deyir desin, Meri mənim həyat yoldaşımdı. Biz bir-birimizə inanırıq. Meri mənim yeganə dostumdu. Başqasını da istəmirəm."

 

Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti

 

Fredi Meriyə sərvətindən böyük bir məsuliyyət vəsiyyət etmişdi. Yaşadığı malikanəni, övladları kimi sevdiyi pişiklərini və küllərini... Fredi qəbrinin bilinməsini istəmirdi. Zərdüşt adətləri ilə yandırıldıqdan sonra küllər Meriyə təslim edildi. Küllərin harada olduğunu bu günə kimi heç kim bilmir. Meri Fredinin evinə köçdü, onun xatirələri dolu evdə yaşadı. Qısa zaman sonra uşaqlarınin atasından da ayrıldı. Sərvətinin böyük bir hissəsini də AİDS ilə mübarizə fondlarına keçirdi. Fredinin otağına köçdü və onun pişikləri ilə evi bölüşdü.

"O, məni hər şeydən qoruyurdu. Mən nə qədər qorunduğumu Fredi gedəndən sonra anladım. Onun ağrıları mənim ağrılarım idi, onun sevinci mənim sevincim. Mən onun üçün çox darıxıram. O da mənim üçün darıxır. Biz ailə idik. Mənim uşaqlarım onun bizə verdiyi pullarla yaxşı təhsi aldı və həyat qurdu."

 

Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti

Qeyd : "Bohemian Rhapsody" filmində Fredi və Merini canlandıran Rami Malek və Lusi Boynton sevgili olduqlarını açıqladı. Fredi və Merinin ölümsüz sevgisi başqa bir sevgi yaratdı

 

Fredi Merkuri və Meri Ostinin əbədi məhəbbəti
14 fevral 2019
GO BACK