Qadin.NET / Əminə Yusifqızı

Əminə Yusifqızı

Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları olub. Dram Teatrında, "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyət göstərib. Bədii qiraət ustası kimi tanınır. M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.

  Əminə Yusifqızı sənəti illərin sınağından çıxan və özünün ən yüksək zirvəsinə varan kamil bir sənətkardır. Onun məlahətli və ruhu oxşayan səsi insanı vəcdə gətirərək, qəlbində ən ali duyğular yaradır. Əminə xanım Azərbaycan poeziya sənətinin inkişafında misilsiz xidmətləri olan bir sənətkar kimi daima qəlblərdə yaşayır, zövqləri oxşayır və bu, belə də olacaq.

Bu il sentyabrın 24 də dəyərli dramatik-lirik aktrisa, bədii qiraət ustası Əminə xanım Yusifqızının 75-ci doğum günüdür. Qadın.Net ailəsi olaraq bu münasibətlə Əminə xanımı təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq. 

Əziz Qadın.Netlilər, indi isə sizləri Əminə Yusifqızının sehrli səsilə baş-başa buraxıram. Xoş dinləmələr!

 









 

23 sentyabr 2011
GO BACK