Ağayeva Xurşid Həsən qızı 1906-cı ildə Bakıda anadan olmuşdur.İlk azərbaycanlı musiqişünas xanımımızdır.
1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır.
1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
Ü.Hacıbəyov haqda birinci monoqrafiyanın müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimidir. Bütün həyatı boyu Bakı konservatoriyasında dərs demiş, hətta konservatoriyanın prorektoru olmuşdur.Xurşid Ağayeva Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat etmişdir.