Qadin.NET / Vanessa Mey

Vanessa Mey

Məşhur skripkaçı, bəstəkar,oranjemançı Vanessa Mey məşhur skripkaçı Nikolo Paqanini ilə eyni gündə, lakin 196 il sonra, 27 oktyabr 1978 – ci ildə Sinqapurda dünyaya gəlib, 4 il Sinqapurda yaşadıqdan sonra atası ingilis olduğu üçün Londona köçürlər. 5 yaşında artıq skripka və fortopianoda çalmağı öyrənir. 8 yaşında ingilis gənc pianoçularının müsabiqəsində qalib gəlir. Pekində rus məktəbində təhsil alır. 11 yaşında Beynəlxalq musiqi kollecinə daxil olur, lakin orda bir neçə ay oxuyur. Həmin məktəbdə musiqi texnikasını öyrədirdilər, Vanessa isə yaratmaq, yeniliklər kəşf etmək istəyirdi. Vanessa eyni stili sevmir, müxtəlif janrları caz, pop, klassika və s. janrları bir yerdə istifadə etməyə üstünlük verir. Ilk albomu, The Classical Album 1 alman musiqisinə, ikinci isə Çin musiqisinə həsr edib.  

 

 

1996 – cı ildə ilk diski olan "The Violin Player" işıq üzü görür. 

1998 – ci ilin aprelində ilk dəfə "Storm On" adlı dünya turnesinə çıxır. İlk konserti Dubayda keçirilir. Onun səhnədə çıxışı üçün 5000 hava şarından ibarət vulkana bənzər səhnə quraşdırmışdılar. Klassik repertuarına baxmayaraq, Vanessa müasir pop-musiqisinə də xüsusi diqqət ayırır.

Vanessa Mey italyan ustası olan Qvadaninin 1761 – ci ildə istehsal etdiyi skripkadan istifadə edir.

 

 

Vanessa kino sahəsinə də maraq göstərir, hətta özü də “İlin dörd fəsli” kinofilminin 1 hissəsini çəkib. “ Uolt Disney” studiyası ilə “Mulan” cizgi filminin çəkilişində əməkdaşlıq edib. Bundan əlavə Vanessa özünü aktrisa kimi də sınayıb, sevə-sevə baxdığımız “ Arabian Nights” ("Ərəb Sərgüzəştləri") filmində şahzadə Zibeydə rolunda çəkilib.

 


“People” jurnalının reytinqinə görə planetin 50 ən gözəl qızlarından sayılan Vanessa daim moda aləmi və model agentlikləri tərəfindən təkliflər alır.

Vanessa heyvanların fəal müdafiəçilərindən biridir. Vegeteriandi və təbii mexlərdən istifadə etmir.

P.S. Vanessa Meyin ifasını mən çox bəyənirəm və sizə ən çox sevdiyim musiqi parçalarını təqdim edirəm, ümid edirəm sizə də xoş təəsüratlar bəxş edəcəksmile

 

 

31 iyul 2011
GO BACK