Qadin.NET / Vinsent van Qoq kimdir?

Vinsent van Qoq kimdir?

Vinsent van Qoq kimdir?

 

İçindəki sıxlıq insanlıq sevgisini aşıb boyalarla kətana köçürən adam, Vinsent van Qoq. Yaşadığı yoxsul və yardım dolu bir həyatdan sonra əlində qalan məşhurlaşmış, mükəmməl mənzərələri tablolaşdırıdı. Amma o tabloların görkəmini də ancaq öləndən sonra göyə yüksələn azad ruhu görə bildi.
Dünya gözü ilə görüb öyrəndikləri Vinsentin ancaq canını yandırmış, onu hər yaranın üstünə bir yarasını məlhəm kimi istifadə etmək məcburiyyətində qoymuşdu.
Vinsent içində daşıdığı bütün hisslərin əvəzini bir rəngdə tapdı və onlara can verdi. Suya düşsə yağış damcısı, yerə düşsə torpaq parçası zənn edib keçəcəkdilər. Halbuki o, rəsm etməyi seçdi. Rənglərin insanlara gətirdiyi azadlığı insanların görməsini təmin etdi. Sadəcə, insanlar bunu hiss edəndə Vinsent artıq yox idi.
 
Vinsent van Qoq kimdir?
Van Qoqun uşaqlığı
Vinsent 30 Mart 1853-de dünyaya gələndə ailəsi Hollandiyanın cənubundakı Brabant bölgəsindəki Groot - Zundert kəndində yaşayırdı. Atası da bu kəndin keşişi idi. 12 yaşına gəldiyində qonşu qəsəbənin məktəbinə təhsil üçün göndərilmişdi ki, məktəbi yarıda buraxdı. Çünki hər şeyi çox yavaş başa düşürdü və zəkasında bu vəziyyət onu məktəbdən soyumuşdu. Beləliklə, təhsil həyatını zirvədə buraxdı.

Rəsm əsərləri satan Vinsent van Qoq
Məktəbi buraxdıqdan sonra Vinsent avara və yalnız bir uşaqlıq keçirirdi. İçinə bağlanmışdı. Atasının dəstəyi ilə 16 yaşında La Hayedəki rəsm qalereyasında iş həyatına başladı. Bundan sonrakı dayanacağı da Brüsseldəki Goupil qalereyası və 1873-də London filialına təyin edilmişdir. Rəsm bir virus kimi qanında gəzməyə incədən başlayırdı. Sadəcə, Vinsent bunun fərqində deyildi.

Vinsentin ilk sarsılması
Vinsent, London Goupil Qalereyasında çalışarkən, burada kirayədə yaşayırdı. Ev sahibinin qızı Ursula Loyere aşiq olmuşdu. Vinsent 22 yaşında idi. Hiss etdiyi eşq, ruhunu bir məngənəyə sıxışdırmış və boğurdu, sanki. Ursula olmadan yaşaya bilməz düşüncəsi içində sürətlə böyüməyə başlayanda onunla evlənmək istədiyini söylədi. Ancaq gənc Vinsentin məhəbbəti təəssüf ki, tək tərəfli idi. Evlilik təklifinə aldığı mənfi cavabın qarşısında dünyada onun üçün müsbət ola biləcək heç bir şey qalmamışdı. Bu yaşadığı ilk məhəbbət və ilk sarsılma idi. Bu psixologiya ilə daha orada çox qala bilməzdi. Hadisə yerindən qaçaraq uzaqlaşdı.
 
Vinsent bilmirdi
Londondan qaçışı Goupil Qalereyasının Paris filialına oldu. Ancaq içində olduğu məngənə onu sıxışdırmağa davam edirdi. Burada da qalmadı. Kədəri, qəzəbi stəkandan boşalırdı ətrafına tökülürdü. Müştərilər, rəhbərlər hamısı bu leysan yağışdan nəsibini alanda, yaşadığı münaqişələr ona evin yolunu göstərirdi.

Vinsent eşqin zəhərini bədənindən atmağa çalışırdı
Həyat artıq mənasız və həmişəkindən daha çətin idi. Bütün acılar üstünə gəlmiş, yığılmış, bir cəngavər kimi müharibə aparmaq istəyərkən o səssiz idi. Özünü rəsm çəkməyə verdi. Bəzən nə edəcəyini bilməz halda küçələrdə dolaşarkən, arada ağlını başına yığdığı nadir zamanlarda da rəsm qalereyaları və muzeyləri gəzirdi. Yenə də əsasən şəkil çəkməyin sehrinə qapılmaq daha cazibədar gəlirdi.

Keşişdən inancını itirməyə qədər uzanan yol
Artıq küçələri dolaşmaq Vinsentə yetməyəndə başqa şəhərlərə, ölkələrə getnəyə qarar verdi. Getdiyi hər yerdə başqa bir iş görürdü. Dil öyrədib, keşişlərin müavini olub, kitab satırdı.
Brüsselə gedib ilahiyyat dərsləri aldıqdan sonra Belçikadakı Borinage mədənlərində keşiş oldu. Səfalət bütün gerçəkliyi Vinsentin həyatında qol gəzirdi. Bundan başqa, qazmaçılar üçün də vuruşurdu. Məhz o andan sonra qətiyyən dəli kimi adlanmağa başlamışdı.
Qazmaçılara yardım üçün çırpınır, min bir çətinlik qarşısında sanki müqavimət göstərirdi. Bu əslində öz iç dünyasında müqavimət göstərə qarşı da açdığı bir müharibədi, bəlkə də. Yenə də kəndlilər və qazmaçıların gözündə Vinsent artıq müasir bir İsa idi.
Vinsent gündən-günə daha da pisləşirdi. Bu müharibə onu çox yormuş və xəstə etmişdi. Elə yoxsullaşmışdı ki, kəndlilərin sədəqə gününü bitirməyə çalışırdı. Qardaşı Teo demək olar ki, ölmək üzrə olan Vinsenti alıb Brüsselə apardı.
Həyatı xilas olmuşdu, fiziki olaraq hər şey normal axarına qayıdırdı. Amma Vinsentin qəlbindəki yaralar hələ də dərindi. Qazmaçılar üçün döyüşərkən şahidi olduqları ağlına hər şeyi sorğular hala gətirmişdi Vinsentin.  Allaha olan inamını itirmişdi.

Vinsent van Qoq kimdir?

Brüseldə başlayan yeni hayat
Vinsentin sağlamlığı daha yaxşılaşmış idi. Rəssam Ridden van Rappartdən dərslər aldı. Çünki artık rəsm içində böyümək istədiyini bilirdi.  Teo da qardaşının rəsmə olan bacarığının fərqinə varmış, ona maddi dəstək olurdu.
 
Vinsentin ikinci sarsılması
Ailəsi Etten şəhərinə yerləşdi. Vinsent ailəsinin yanına qayıtdı. Dul əmisi qızı Kate uzun zaman sonra ilk dəfə görürdü və Kate ürəyinin ritmini təkrar dəyişmişdi.

Qulağı kəsik rəssam, Vinsent van Qoq
İlk gələndə heyran olduğu qəsəbənin günəşi, yaz aylarına Vincenti boğmağa başladı. Tarlada günəş altında işləmək məcburiyyətində olmaq Vinsentin sinirləri zəiflətmişdi. Gaugin ilə yaşamaq da o qədər də asan deyildi.
1890-ci il 23 dekabr gecəsi Gauginin həyasız davranışları Vinsenti dəli etmişdi. O an oralarda ülgücünü gördü və bir əsəblə Gauginin boğazına doğru apardı. Hər şey çox sürətli inkişaf edirdi. Gaugin özünü qorumağı bacardı. Ancaq bu dəfə də əsəbi soyumayan Vinsent, ülgüclə öz qulağını kəsdi.
Hər şey adi andan ibarət idi. O anda dünyanın başqa bir yerində də biri məsələn, burnunu kəsir, ya da gözünün birini oyur olardı. Elə bir soyuqqanlılıqla kəsdiyi qulağını şəhərdə tanıdığı bir qıza apardı.

Vinsent ağıl xəstəxanasında
Gaugin o gecədən sonra qaçmışdı. Yenə Vinsenti xilas etmək üçün Parisdən gələn Teo onu xəstəxanaya apardı və qulağını müalicə etdirdi. Burada müalicəsi zamanı hallusinasiya görməyə başladı. Bu yeni şeylərin müjdəçisi idi. Bəlli ki, yara lentləri onu ancaq indiyə qədər gətirmişdi.
Vinsent Van Qoq həyatının ən möhtəşəm 200 tablosunu Arlesdə getmişdi. Oraya heç nəyə baxmayaraq duyduğu bir bağlılıq vardı. Bu görə öz istəyi ilə burada Sent - Remy ağıl xəstəxanasına yatırıldı. Buradan sonra başqa bir ağıl xəstəxanasına daha göndəriləcəkdi.

Satışını gördüyü ilk və son tablosu
"Qırmızı Üzüm Bağı "adlandırdığı tablosu Vinsentin  canlıkən satılan ilk və son tablosuydu. Bu onun rəsm adına aldığı bir mükafat və xoşbəxt olduğu anlardan biri idi. "Mercure de Francce" jurnalda də haqqında ilk dəfə bir yazı dərc olunub.

Vinsent van Qoqun ölümü
Vinsent xəstəxanadan çıxdığında Teo onu yenidən Parisə gətirdi. Ancaq Vinsent, 27 İyul 1890 günü tarlalara şəkil çəkməyə getmişdi ki, daha öncədən tapdığı bir silahı sinə ilə qarnı arasında alovlandırdı. Onu bir tərəfdən ovsunlayan bir tərəfdən dəli eləyən günəş, ölümünə şahidlik etmək üçün o gün daha da kədərli parladı. Ona çatan yenə Teo oldu, amma onu yalnız 2 gün a yaşada bildilər. 29 iyulda öldü.
Bir il sonra da Teo öldü. Auversedə Vinsentin yanına basdırıldı.
Müəllif:Damla Karakuş
Tərcümə edən:Bəsti
25 may 2017
GO BACK