Azərbaycanlı fırça ustası Tahir Salahovun sevimli övladı Aydan Salahova 1964-cü il martın 25-də Moskva şəhərində anadan olmuşdur.
1987-ci ildə Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.
1989-1992-ci illərdə Moskvada "Birinci Qalareya"nın təşkilatçısı və sahibi olmuşdur.
1992-ci ildə "Aydan Qalareyası"nın əsasını qoymuşdur.
2000-ci ildən etibarən Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda müəllimədir.
2002-ci ildə Rusiya federasiyası Rəssamlar Akademiyasının gümüş medalı ilə təltif olunmuşdur.
2002-2007 - Rusiya federasiyası Rəssamlar Akademiyasının müxbiri
2007 - Rusiya federasiyası Rəssamlar Akademiyasının akademikidir.
Azərbaycanlı fırça ustasının sevimli övladı olaraq Aydan spesifik Şərq-Qərb ənənələri gözlənilməklə tərbiyə edilib. Sosial təfəkkür isə bu metodu bir az da mürəkkəbləşdirib. Bu gün Rusiya art-bazarının digər uğur qazanmış nümayəndələri kimi, A.Salahova da daha çox Qərbi Avropa kontekstinə aiddir. Təəccüblü deyil ki, acı qadın taleləri Aydanın yaradıcılığında əsas yeri tutur. Rəssamın erkən işləri isə intəhasız radikallığı ilə seçilirdi. Lakin bu tendensiya Surikov adına Rəssamlıq İnstitutunu uğurla bitirməkdə və hətta SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülməkdə ona mane olmadı. Amma gənc rəssamın sonrakı işləri epoxanın hakim art-istiqamətinə uyğun olaraq getdikcə daha qabarıq şəkildə estetizmə və yumşaq salon "qlamur"una meyillənməkdədir. Bu meyili son zamanlar neoakademizm adlandırmaq qəbul olunub. Lakin A.Salahovanın hələlik sonuncu fərdi sərgisində postmodernist ruhunda işlənmiş Veneraya rast gəlməzsiniz. "Fars miniatürləri" ekspozisiyası sübut edir ki, A.Salahova tamaşaçıları təəccübləndirmək qabiliyyətini hələ itirməyib. İki il öncə bu ekspozisiya sərgilənəndən sonra gömrük xidməti onun ölkə xaricinə çıxmasına imkan verməmişdi - hicablı xanımlar təsvir olunmuş duyğusal, abstrakt, hətta bəzi məqamlarda sürrealist rəsmlərdə onlar təcavüzkar erotika əlamətləri aşkarlamışdılar. Layihənin kuratorları isə əmin edirlər ki, bütün bu təsvirlər peşə və maliyyə sarıdan uğur qazanmış müasir qadınların tez-tez üzləşdikləri ürəklərinə və düşüncələrinə uyğun gələn həyat dostu axtarışının zərif ifadəsidir.
Aydan Salahovanın işlərindən...