Əsil adı Demi Gene Guynes olan Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan əvvəl, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Axırda ögey atası Guynes intihar etdi.
Demi Mur 16 yaşında məktəbi atıb işləməyə başlamışdır. Bir il sonra rock musiqiçisi Freddy Murla evləndi. Bu evlilik altı il çəkdi. 19 yaşında "General Hospital" adlı bir televiziya filmində işləməyə başladı. İlk maaşıyla işini qeyd edir, şənliklər verir və orda narkotikə qoşulur. Mur üç il narkotik çəkir. Bir gun narkotik qəbul etmiş vəziyyətdə çəkilişə gəlir və rejissor tərəfindən qovulur. Demi Mur bir həftə müalicə alır və təzədən studiyaya qayıdır və bir daha narkotikdən istifadə etməyəcəyinə söz verir. Hamilə ikən Vanity Faire çılpaq poza verməsi kimi hər kəsin marağını çəkəcək numayişlər etməsi ilə şöhrət tapır. "Gost"un (1990) böyük ticarət müvəffəqiyyətindən və "Indegent Proposol" (1993) "Disclosure" (1994) kimi filmlərdən sonra artıq Hollywoodun ən çox axtarılan və ən bahalı aktrisalardan biri oldu. 1996-cı ildə "People" jurnalı tərəfindən dünyadakı ən gözəl 50 aktrisadan biri seçildi. Demi Mur 2006-cı ildə keçmiş nişanlısı Emilio Estevezin yazdığı "Bobby" adlı dramatik filmdə Virgina Fallonu canlandırır.
Hollivudun tanınmış ulduzu, aktrisa Demi Mur yaşından xeyli cavan görünməsinə baxmayaraq, formada qalmaq üçün xüsusi pəhriz saxlamaqla yanaşı plastik əməliyyatlara da yüz minlərlə dollar xərcləyir.
Demi Mur 18 yaşında Bryus Willislə ailə həyatı qurur. Bu evlilik 1992-ci ilin iyununda bitdi. 2005-ci ildə özündən 15 yaş kiçik olan Eston Kutcer ilə evlənir. Bu evlilik məşhurlar arasında olduqca müzakirə edildi. 2011-ci ilin noyabr ayında isə o, media vasitəsi ilə Eston Kutcerlə evliliklərinin bitdiyini bildirir, lakin təzminat məsələsinə görə cütlüyün məhkəmə prosesi iki il ləngiyir. 2013-cü il noyabrın 27-sində cütlük rəsmən boşanırlar. Demi Murun keçmiş həyat yoldaşı Bryus Willisdən Rumer, Tallula ve Skot adında üç övladı var.