Qadin.NET / Yıldız Tilbe

Yıldız Tilbe

Yıldız Tilbe

Yıldız Tilbe 1966-cı il iyulunun 16-da İzmirdə anadan olub. 6 uşağın ən kiçiyi olan Yıldız Tilbe Gültepe Liseyində oxuyarkən təhsilini yarımçıq qoyaraq ailə qurub. Bu evlilikdən Sezen adında bir qızı olub. Yoldaşından ayrıldıqdan sonra ailəsinə və qızına baxa bilmək üçün mahnı oxumağa başlayıb. 

Bir gecə işlədiyi kafeyə gələn Sezen Aksu ilə tanış oub və onun dəvəti ilə İstanbula gələrək onun vokalisti olub. İstanbulda bir müddət barlarda işləyib və Aydın Oskayla razılaşaraq "Delikanlım" adlı mahnısı və eyni adı daşıyan albomuyla musiqi bazarına daxil olub. 
İlk klipini "Delikanlım" adlı mahnısına  çəkdirib. Sonrakı albomlarında da müvəffəqiyyətli çıxışlar etsə də, ilk albomundakı məşhurluğuna çata bilmədi. Bu müddətdə adı daha fərqli səbəblərlə yada salındı. Yıldız isə sözü gedən məsələnin musiqilərində əks olunmadığını, "Yaşadıqları ilə yada salındığı üçün mahnılarının nəzərə alınmadığını" bildirib.
Yıldız Tilbe
Yaşadığı hər pis hadisədən dərs çıxardığını və musiqi ilə əlaqədar olan hər şeyin ona böyük xoşbəxtlik verdiyini bildirib. Yıldız gələcəkdə də işini yaxşı görən bir sənətçi olmaq istədiyini və ömrünün sonuna qədər mahnı ifa etmək istədiyini bildirib. Tarkan və Deniz Seki kimi bir çox məşhur müğənniyə mahnı sözləri yazan Yıldız musiqi bazarında yüksək yer tutmasına baxmayaraq, bir şəkildə "fərqli" dayanmağı bacararaq özünə xas yer tutur. Cəmiyyətin müxtəlif insanları tərəfindən bu qədər çox sevilməsi bəlkə də buna görədir. 
Öz diliylə desək, "quru-quru, 45 kiloluq biri" olan Yıldızın sözlərindəki dərin mənanı tutmaq və notlarındakı xeyirxahlığı görmək, o səmimi gülüşündəki həqiqəti hiss etmək o qədər də çətin deyil. 
Yıldız Tilbe təbii, səmimi və etdiklərindən lazım olduğu zaman peşmanlıq keçirən biridir. "Delikanlım" albomundan sonra çıxardığı "Dillərə dastan" (1995) albomu da təriflər aldı və çox satılan bir albom oldu. Yıldız Tilbe irəliləyən illərdə müvafiq olaraq "Aşkperest" (1996), "Salla gitsin dertleri" (1998), "Gülüm" (2001), "Bu məqaləm olsun" (2002), "Yürü anca gidersin" (2003) "Yıldızdan Türkülər" (2004) və yenə 2004-cü ildə "Sevdiyimiz heç pişman olmadım" adlı albomları çıxardı.
Yıldız Tilbe
Türkiyənin hər tərəfindən yığdığı 20 mahnıdan ibarət olan "Yıldızdan Türkülər" adlı albomu apreldə satışa çıxarıldı. Yıldız Tilbe "Suna" adlı türkünün klip çəkilişi üçün kamera qarşısına keçdi. Beykoz Fidanlığında çəkilən klipdəki yazı ilə diqqət çəkən Tilbe göstərilən münasibətdən çox məmnun olduğunu dilə gətirdi: "Çox xoşbəxtəm... Mən deyirəm, insanlar dinləyir, məni sevirlər. Bundan gözəl xoşbəxtlik ola bilərmi? Ən gözəli də məni sevən insanların verdiyi səslərlə aldığım mükafatdır".
Yıldız Tilbe
Fotoqraf Ali Erişmezə yerli paltarlarla poza verən Yıldız Tilbe albomdakı bütün türküləri canlı səslə oxuyub. Karacaoğlandan Aşık Mahzuni və Pir Sultan Abdala qədər bir çox ozandan yığdığı türkülərdə elektron saz aləti çaldırmaq istəməyən Tilbe kürd dilində mahnıya yer verməməsini isə bu sözlərlə dilə gətirib: "Anam tuncelili, atam ağrılıdır. Mən bir kürd qızıyam, bunu hər kəs bilir. Amma albomda kürd türküsü oxumadım. Ana dilimin türkçə olması bir yana, insanların hər hansı bir siyasi məna çıxarmalarını da istəmədim. Ona görə türkçə oxudum. Mənim kürd olduğumu bilməyən yoxdur. Amma bu ölkədə yaşayıram, ana dilim türkcədir və türk insanını çox sevirəm. Albom köhnə albomlarım qədər çox bəyəniləcək və seviləcək. Gənc insanlara türkülərimiz vasitəsilə özümüzü təqdim etmək istədim. Bu türkülər də əminəm ki, hər yerdə oxunacaq".
Musiqi dünyasının bir çox əhəmiyyətli insanlarına bəstələri ilə dəstək verən Yıldız Tilbenin ən böyük çətinliyi isə mahnılarının tamamilə dəyişik olmasıdır: "Məndən bəstə alan bir çox sənətçi var. Mahnılarımı onların ifasında eşitməkdən çox xoşum gəlir. Amma bəzən istədiyim formada olmur, kədərlənirəm. Çox fərqli oxuyurlar, dəyişdirirlər. Sözün düzü, çox vaxt bu cür hadisə məni çox incidir".
Yıldız Tilbe
Ailəsi ilə yaşayan, müvəffəqiyyətində ən böyük pay sahibinin onlar olduğunu bildirən Yıldız Tilbe musiqi dünyasına damğasını eşq mahnılarıyla vursa da bu aralar şəxsi həyatında kimsənin olmadığını bildirib. Tilbe "Mahnılarımı ifa edərkən yaşadığım sevgilərdən təsirləndiyim doğrudur. Amma bu an həyatımda kimsə yoxdur. Sabah nə olar, məlum deyil. Həqiqətən çox sevəcəyim bir insan olarsa, ailə quraram" deyib.
Albomları
Sevdiyimə Heç Pişman Olmadım (2004) 
Yıldız'dan Türküler (2004) 
Yürü Anca Gidersin (2003) 
Xəbəri Olsun (2002) 
Gülüm (2001) 
Salla Gitsin Dertleri (1998) 
Aşkperest (1996) 
Dillere Destan (1995) 
Delikanlım (1994)
2 avqust 2014
GO BACK