Qadin.NET / Kameron Diaz

Kameron Diaz

Kameron Diaz

Kameron Diaz 30 avqust 1972-ci ildə ABŞ-da anadan olub. Atası ispan mənşəlidir. Anası isə ingilis, alman və qismən də cherokee mənşəlidir.

Diaz 16 yaşında tanış olduğu fotoqraf sayəsində "Elite" Model Agentliyi ilə bir müqavilə imzalayıb. Modellik sahəsindəki müvəffəqiyyəti Yaponiya, Avstraliya, Morokko və Parisdə, eləcə də "Mademoiselle" və "Seventeen" kimi jurnallarında şəkillərinin çıxmasına və Calvin Klein, Coca Cola və Levi'S kimi böyük şirkətlərin reklam kampaniyalarında rol almasına səbəb olub.

Kameron Diaz 1994-cü ildə Cim Kerrinin baş rolda oynadığı "Maska" adlı komediya filmi ilə kino karyerasına ilk addımını atdı. Aktrisalıq təcrübəsi olmasa da, filmdəki köməkçi oyunçu rolu sınaqlarına qatılması təmin edilib. 12 dəfə geri qaytarıldıqdan sonra qadın baş rol oyunçusu Tina Carlyle rolunda oynaması qərarlaşdırılıb.

Kameron Diaz

"Maska" filmindən sonra "Sonuncu nahar" filminə çəkilib. Bundan sonra isə o, Hollivudun istedadlı ulduzu Kianu Rivs ilə baş rolu paylaşdığı "Qadağan edilmiş eşq" filmində evlənmək üzrə olduğu adamın qardaşına aşiq olan bir qadını canlandırıb.  

Kameron Diaz daha sonraları Edward Burns ilə "Onun bənzəri yoxdur" və Harvey Keitel ilə "İz ardınca" filmində də rol alıb.

Romantik komediya filmi olan "Ən yaxın rəfiqəmin toyu" filmində Julia Robertsə yoldaşlıq edən gənc aktrisa bu filmdəki aktrisalıq qabiliyyətinə görə şöhrət qazanıb.

Kameron Diaz

Bu filmdən sonra Danny Boylenun "Fövqəladə bir həyat" (1995) adlı filmində Ewan McGregor ilə baş rolu paylaşıb. Eyni il uzun müddət birlikdə olduğu La Torredən ayrılan gözəl ulduz 1998-ci ildə "Marinin nəyisə var/ Ah Meri, vay Mari" adlı filmdə birlikdə oynadığı Matt Dillon ilə üç il davam edəcək romantik bir əlaqəyə başlayıb.  

"Çox pis şeylər" adlı filmdə Christian Slaterla baş rolu paylaşan Diaz 1999-cu ildə bir çox müzakirələrə səbəb olan "John Malkoviç olmaq" adlı filmdə də rol alıb. Filmdə John Cusackın arvadını rolunu oynayıb və bu rol ona 1999-cu ildə "Qızıl Qlobus" və "Screen Actors Guild" müsabiqələrində "Ən yaxşı aktrisa" adını qazandırıb.

Kameron Diaz

Eyni il rejissorluğunu Oliver Stonenin boynuna götürdüyü, baş rollarında Al Paçino, Dennis Quaid və James Woods kimi usta aktyorların iştirak etdiyi "Qazanma ehtirası" adlı filmdə atasından özünə miras olaraq qalan Sharks adlı bir komandanın sahibi olan Kristina Paqniassi rolunu canlandırıb.

2000-ci ildə isə karyerasında ona ən çox məşhurluq gətirən və bütün dünyada sevimli filmlər sırasına daxil olan, eləcə də kassa rekordu qıran "Çarlinin mələkləri" filmində üç mələkdən biri olan Natali rolunu canlandırıb. Bununla da kino karyerasında yeni-yeni uğurlar əldə etməyə başlayıb.

26 iyul 2014
GO BACK