Qadin.NET / Bergüzar Korel

Bergüzar Korel

Bergüzar Korel


Bergüzar Korel Ergenç 27 avqust 1982-ci ildə İstanbulda anadan oldu. Tanju Korel, Hülya Darcan cütlüyünün qızıdır. Uşaqlığını Ulusda keçdi. İlk təhsilini Nilüfer Hatun İbtidai təhsil Məktəbi, orta təhsilini Ulduz Kollecində aldı. Kollecdən məzun olmasının ardından Memar Sinan Universiteti-Dövlət Konservatoriyası Teatr bölümünü tamamladı. Universitetdən əvvəl professional klublarda voleybol oynadı. Bergüzar Korel məktəb həyatı boyunca bir çox oyun və qısa filmdə rol aldı. Eyni zamanda Dövlət Teatrı Kuva-yi Milliyə oyununda köməkçi aktyor olaraq iştirak etdi. Nicole Kidman və Tom Hanksla aktrisalıq edən Susan Baston ilə çalışdı və Özay Fechtin workshop işlərinə qatıldı.

Bergüzar Korel

İlk rolunu 1998-ci il istehsalı olan "Qırıq həyatlar"-da canlandırdı. Ardından 2005-ci il istehsalı olan "Qurtlar vadisi: İraq" filmində Leyla xarakteriylə tamaşaçıların qarşısına çıxdı. "Qurtlar vadisi" filmi üçün rol təklifi gəldiyi zaman xəstə olan atası Tanju Korelin həkimləri xəstəni itirmək üzrə olduqlarını söyləyirdilər. O, əvvəl rolu rədd etdi. Ancaq anasının "Atan bu görüşməyə getməyini istəyərdi" dediyinə görə razılaşdı və təklifi qəbul etti. Bu rolun bir çətinliyi də Leyla xarakterinin ərəbcə danışması və filmin canlı çəkiləcək olması idi. Bergüzar Korelin bu dili heç bilməməsinə baxmayaraq çox qısa bir müddətdə roluna hazırlandı və çox müvəffəqiyyətli oldu. Film kassa rekordları qırdı.

Bergüzar Korel

"Qurtlar vadisi İraqda" filmindən qazandığı müvəffəqiyyətdən sonra yenə eyni il çəkilən "Zeytin budağı" serialında İqlim xarakterini canlandırdı. Bu arada reklam filmlərində rol aldı. Əsl böyük çıxışını isə Halit Ergenç ilə birlikdə rol aldığı 2006-ci ilin ən çox reytinq yığan serialı adını alan "Min bir gecə"-dəki Şəhrizad Evliyaoğlu rolu ilə etdi. Bu rolda ona köməkliyi məşhur sənətkar Ayla Algan etdi.

Bu serialdakı müvəffəqiyyətli çıxışı ilə 2006-cı il Altın Kelebek "Ən müvəffəqiyyətli aktrisa" mükafatını aldı.

Türk kinosu televiziyalarında və xüsusilə teatrda qalıcı olmaq istədiyini və bunun üçün də çox çalışdığını hər fürsətdə söyləyən ulduzvoleybol, buz konkisi, külək sörfü kimi idmanlarla yanaşı rəqs və piano təhsili də almışdır.

Bergüzar Korel teatr və kino aktyru olan Halit Ergenç ilə evlidir. Əli adında bir  uşaqları var.

Aktrisa "Min bir gecə" serialından sonra "Eşq gəlirəm deməz" filmində baş rolu canlandırdı. Bergüzar Korel 2012-ci ildə nəşr olunmağa başlayan Kenan İmirzalıoğlu ilə baş rolu paylaşdığı "Karadayı" adlı serialda Hakim Feride rolunu canlandırmaqdadır.


Çəkildiyi filmlər


2012-2014 - "Karadayı"

 2011 - "Möhtəşəm yüz il"

2010 - "Bitməyən mahnı"

2009 - "Eşq gəlirəm deməz"

2006-2009 - "Min bir gecə"

2006 - "Qurtlar vadisi İraq"

2005 - "Zeytun budağı"

2001 - "Camalım"

1998 - "Qırıq həyatlar"


Bergüzar Korelin aldığı mükafatlar


2013 - Altın Kelebek, "Ən yaxşı aktrisa" - "Karadayı"

2012 - YBTB-nin "İlin aktrisası"

2012 - Ayaqlı Qəzet, "Ən yaxşı dram aktrisası" 

2012 - RTGD-nin "İlin aktrisası"

2010 - Aslan Max, "Ən sevilən uşaq programı"

2008 - Burç Məktəbləri, "Ən müvəffəqiyyətli aktrisa"

2007 - RTGD'nin "Televiziyanın ulduzu mükafatı"

2006 - Altın Kelebek, "Ən müvəffəqiyyətli aktrisa"

16 iyul 2014
GO BACK