Qadin.NET / Öykü Çəlik

Öykü Çəlik

Öykü Çəlik

Aktrisalıq dünyasının ən əhəmiyyətli adlarından olan müvəffəqiyyətli aktrisa Öykü Çəlik peşə müvəffəqiyyəti ilə birlikdə gözəlliyi ilə də insanı valeh etməyi bacarır. İçinizdən bəziləriniz Öykü Çəliyi tanımamış olmazsınız.

Öykü Çəlik 13 iyul 1987-ci ildə İstanbulda anadan olub. Boyu 1.70, çəkisi 60 kq-dır. Öykü Çəlik göy rəngi çox sevdiyini bildirir, çünki onun gözləri də bu rəngdədir. Atası futbol məşqçisi olduğu üçün və ailəvi səbəblərdən dolayı 11 ildə düz 9 məktəb dəyişdirmişdir. O, ingilis dilini çox gözəl bilir və aktrisalıqdan başqa futbol, buz konkisi və digər idmanlarla maraqlanır.

Öykü Çəlik

Öykü Çəlik Bilkənt universitetinin Teatr fakultəsində oxumuşdur. Lakin o, ali təhsilini yarımçıq buraxmısdır. Səbəb isə odur ki, tələbik illəri zamanı bir maşın qəzası keçirmişdir.

"Selena", "Eşref saatı", "Könülçələn" kimi seriallarda rol alan Öykü Çəlik "Nuri" serialında canlandırdığı Reyna xarakteriylə böyük maraq doğura bilmişdir.

Tolga Karel ilə yaşadığı eşq ilə uzun müddət gündəmdən düşməyən Öykü Çəliyin son zamanlarda "Mənim üçün üzülmə" adlı serialda rol alın. Onu da qeyd edək ki, bu serialın rejissoru Mahsun Qırmızıgüldür.

Öykü Çəlik

Çəkildiyi filmlər

2013 - "İki dost"

2013 - "Romantik komediya"

2012-2014 - "Mənim üçün üzülmə"

2012 - "Bir zamanlar Osmanlı: Qiyam"

2011 - "Nuri"

2010 - "Könülçələn"

2010 - "Mahpeykər Köşəm Sultan"

2009 - "Qəsəbə"

2009 - "Qanımdakı"

2009 - "Cin keçidi"  

2008 - "Akasya dayanacağı"

2006 - "Selena"

19 avqust 2014
GO BACK