Qadin.NET / Sibel Can

Sibel Can

Sibel Can 1970-ci ildə Fatih Karagümrükdə dünyaya gəlib. İbtidai məktəb məzunu olan Sibel Canın anası bursalı, atası yuqoslav immiqrantıdır. Əsl adı Sibel Cangüre olan sənətçinin atası Engin bəy bir çox məşhur solisti müşayiət edən skripkaçı idi.

Sibel Can kiçik yaşlarından musiqiyə həvəs göstərib. Hələ 13 yaşındaykən atası ilə birlikdə əvvəl Vyana, daha sonra Almaniya, Hollandiya və İsraildə çıxış edib. Sonralar Türkiyəyə dönən sənətçi yaşını gizlədərək barda işə başlayıb.
Sibel Can
Ancaq yaşı az olduğu üçün cəzalandırılan bar müdirinin köməyi ilə məhkəmə yolu ilə yaşı 6 il artırılıb. Beləcə, üç il barda rəqqasəlik edib.
1997-ci ildə "Padşah" adlı albomu işıq üzü görüb. Bu albom ona tez bir zamanda şöhrət gətirib.
28 sentyabr 1988-ci ildə  Hakan Uralla ailə həyatı qurub. Bu evlilikdən Engincan (1992) və Melisa (1994) adlı iki övladı var. 1999-cu ildə həyat yoldaşı Hakan Uraldan ayrılıb. 
Sibel Can
2000-ci ildə işıq üzü görən "Budur, türk sənət musiqisi, budur, Sibel Can" adlı albomu ona yenidən şöhrət gətirir. Eyni il Sülhü Aksüt ilə evlənir və bu evlilikdən Əmrə adında oğlu dünyaya gəlir. 2010-cu ilin sentyabr ayında isə onlar rəsmən boşanıblar.
Sibel Can
Sibel Can bir çox serialda və filmdə də rol alıb. "Səki çiçəyi", "Gülüm", "Bizə nə oldu" və "Berivan" kimi seriallarla kamera qarşısında da istedadını sübut edib. 2001-ci ildən bəri Emre Plak ilə işləyən sənətçi ən son 2007-ci ildə "Axşam səfası" adlı albomunu sevənlərinə təqdim edib.
Albomları
1987 - "Bizə heyfdir"
1988 - "Məni taparsan"
1989 - "Yuxularda görüşərik"
1990 - "Həsrətim"
1991 - "Bir Günəş qərbində"
1992 - "Səni sevmək"
1993 - "Həyat davam edir"
1995 - "Mahnılar da sənin tərəfindədir"
1997 - "Bu dövrdə"
1999 - "Hələ yolun əvvəlindəyəm"
2000 - "Budur, türk sənət musiqisi, budur, Sibel Can"
2001 - "Canım mənim"
2003 - "Sən mənimsən"
2005 - "Darıxdınmı?"
2007 - "Axşam səfası"
2009 - "Mənim adım eşqdir"
2011 - "Səyyah"
2012 - "Məşk"
2014 - "Qalata"
Çəkildiyi film və seriallar
1996 - "Səki çiçəyi"
1997 - "Gülüm"
1998 - "Sibel"
1999 - "Bizə nə oldu"
2002 - "Berivan"
2002 - "Çobanyastığı ilə istiot"
2005 - "Gizlənqaç"
2006 - "Ah, İstanbul"
8 iyul 2014
GO BACK