Atiyə Dəniz 2007-ci ildə təqdim etdiyi "Göz yaşlarım" adlı albom ilə Kral TV musiqi mükafatlarında "Ən yaxşı qadın sənətçi" mükafatını alan türk pop müğənnisi və şairdir. O, müğənniliklə yanaşı, həm də professional rəqqasədir.
Atiyə Deniz 22 noyabr 1988-ci il tarixində Almaniyanın Bremen şəhərində dünyaya gəlib. Anası hollandiyalı, atası isə türkdür. Almaniya və Türkiyədə ibtidai məktəb təhsilini tamamlayıb, daha sonra ABŞ, Hollandiya və Fransada orta məktəbi bitirən Atiyə daha sonra Almaniyaya geri dönərək Bremendə lisey təhsilini tamamlayıb.
6 yaşında piano təhsili almağa başlayıb, 10 yaşından etibarən isə bolqar müəllimi sayəsində təhsilini daha da təkmilləşdirib. Liseyi bitirdikdən sonra karyerasını musiqi sahəsində davam etdirməyə qərar verib və ilk albomu olan "Göz yaşlarım"ı təqdim edib.
İngiliscə və türkcə mahnılardan ibarət olan bu albom qısa müddətdə böyük maraq görüb, xüsusilə "Dont Think" internet üzərindən yayılaraq böyük populyarlıq qazanıb.
2009-ci ildə "Sony BMG" şirkəti ilə razılaşaraq "Akel Productions"dan ayrılan Atiyə həmin il ikinci albomunu satışa çıxarır. Albomun çıxış mahnısı olan "Muamma"ya Murad Kiçikin rejissorluğu ilə klip çəkən müğənni həmin mahnı ilə MTV Türkiyə siyahılarında bir nömrəyə qədər yüksəlməyi bacarıb. Albomda Teoman ilə birlikdə "Qal" adlı bir dueti də olan Atiyə türk pop musiqisinin ən uğurlu sənətçilərindən biri olan Nazan Sələfin bəstələdiyi "Aşkına da, sana da" adlı mahnıya da albomunda yer ayırıb.