Gizem Karaca 9 iyul 1992-ci il tarixində İstanbulda doğulmuşdur. Anası Münəvvər Karaca, atası Cüneyt Karacadır. Əslən ana tərəfindən alban, ata tərəfindən selaniklidir. Gizem 7 yaşındaykən ailəsi Floridaya köçür. Təhsilini orada tamamlayır. İbtidai məktəbin 2-ci sinfini İstanbulda oxuduqdan sonra altı il Floridada, iki il də Kanadada olmaqla 13 məktəb dəyişir. 2007-ci ildə 14 yaşındaykən İstanbula dönür, lisey təhsilini İstanbulda tamamlayır.
2010-ci ildə İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə qəbul olur. 2011-ci ildə Uğurkan Erezin agentliyi onun gözəllik yarışmasında iştirak etdiyi üçün hazırlıq sinifindən sonra təhsilini dondurmaq məcburiyyətində qalır.
"Möhtəşəm yüz il" serialının ilk 4 hissəsində epizodda iştirak edir. 2011-ci ildə "Türkiyə gözəli" gözəllik yarışmasına qatılaraq ikinci yeri tutur.
2012-ci ildə nəşr olunan "Evə düşən ildırım" adlı serialda baş rolda oynayır. Daha sonra "Əmirin yolu" adlı serialda yenə baş rolu ifa edir.
İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsində 2013-cü ildə aparılan əməliyyatda nəzarətə alınan 35 nəfər arasında Gizem Karaca da var idi. Daha sonra o, sərbəst buraxılır. Dərhal Amerikaya gedib Nyu-Yorkda "New-York Film" Akademiyasında aktyorluq təhsili alır. Döndüyü zaman "Mənim hələ ümüdüm var" adlı serialda Şükrü Özyıldız ilə baş rolu paylaşır.
İngilis dilini çox gözəl bilən Gizem Karacanın hobbiləri arasında rəsm, fotoşəkil çəkmək, ata minmək, rəqs etmək, kitab oxumaq, gəzmək, tennis oynamaq, üzmək, hekayə yazmaq vardır.
Filmləri:
2011 - "Möhtəşəm yüz il"
2012 - "Evə düşən ildırım"
2012 - "Adını Feriha qoydum - Emirin yolu"
2013 - "Mənim hələ ümüdüm var"