Mələkxanım Eyyubova Bakıda anadan olmuşdur 1969-cu ildən 1979-cu ilə kimi Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır.
Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakultəsində təhsil almışdır.
1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985- ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Aətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır.
Dünyanın bir çox ölkələrində – ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İran, İraq, Hollandiya, Belçika, Moskva və bir çox başqa şəhərlərdə konsert proqramları ilə çıxış etmişdir.
1995 – ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.
10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət ə İncəsənət Universtetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır. Respublikanın Əməkdar və Xalq Artisti adına layiq görülmüşdür.
Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılmışdır.
Prezident və Heydər Əliyev Fondunun mükafatçısıdır.