Qadin.NET / Merilin Monro

Merilin Monro

Merilin Monro
Təkcə sarışın gözəl deyil, o bir intellekt idi
Əsl adı Norma Jean olan Merilin Monro hər zaman təbiiliyi və səmimiliyi müdafiə edirdi. Brentvuddakı evində ölü tapılan Merilin  burada yalnız 6 ay yaşaya bilmişdi. Ölümündən sonra bir əfsanəyə çevrilən və qadınların təqlid etdiyi bir büt halına gələn Merilin 1999-cu ildə "People Magazine" jurnalı tərəfindən dünyanın ən seksual qadını seçilmişdi. "Guest Of a Guess"in xəbərinə görə, 90.000 dollara aldığı Brentvuddaki evi ölümündən 48 il sonra, yəni keçən il 3.6 milyon dollara satışa çıxarılmışdı.
Merilin Monro

Təkcə seks simvolu deyildi

Ölümündən 50 il sonra ortaya çıxan tonlarla yazısı Merilinin heç bilinməyən və təxmin edilə bilməyəcək xüsusiyyətlərini ortaya çıxarıb. Onu seks simvolu kimi tanıyırdıq, amma eyni zamanda bir intellekt imiş. Keçən aylarda 10-a yaxın ölkədə birdən yayımlanan "Fragments" adlı kitabda yazılanlar seksual ulduz haqqında bu günə qədər bilinənlərdən olduqca fərqlidir. Ən böyük xüsusiyyəti kitabdakı yazıların böyük qisiminin Merilinin özü tərəfindən qələmə alınmış olmasıdır.

Çox mübahisə edilən kitab ulduzun sarışın bomba və seks simvolu imicini alt-üst edir. Kitabda ədəbi yazılar, səmimi gündəliklər, məktublar və şeirlər var idi.

Merilin Monro

Bundan başqa, özü kifayət qədər təhsil görməsə də, parıltılı səhnələrin düşüncədən uzaq qadını sayılsa da, real həyatda ən çətin yazarların sadiq bir oxucusu olduğunu və ədəbiyyata olan təsirini də sübut edir.

Yazar François Forrestierin sözlərinə görə, "O, bir sarışın bomba idi, amma intellektual olmağa da çalışıb. Gözəl ulduz prodüserlə, aktyorlarla, musiqiçilərlə, pizzaçılarla, hətta ABŞ başçısı və qardaşıyla da yatırdı. Verə biləcəyi tək şey bu idi. Amma almasını da bilir və onları dinləyirdi.  

Merilin Monro

Elia Kazanla əlaqəsi sayəsində Nyu-Yorkdakı bir çox intellekti tanıyırdı. Kazanın təcrübəsi sayəsində gələcəkdə əri olacaq Artur Miller kimi yazıçıları oxuyur, onu dinləyərək məlumatını yeniləyirdi.

1954-cü ildə əlaqə qurduğu fotoqraf Milton Greene "Merilin evimizdə aylarla qaldı. Hovuz da daxil olmaqla hər yerdə kitab oxuyardı" deyə söyləmişdi.

Beləliklə, Merilin təhsil boşluğunu birlikdə olduğu kişilərin mədəniyyətindən və kitablardan doldurmağa çalışırdı.

3 mart 2014
GO BACK