Muradova Rübabə Xəlil qızı 22 mart 1933-cü ildə Ərdəbildə anadan olmuşdur.
Rübabə xanım Sabirabadda dram teatrında təhsil alıb. Ələsgər Ələkbərov isə təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edi.
1954 ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
1955-ci ildə A. Zeynallı adına Bakı Musiqi Məktəbini bitirmişdir.
1971-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülmüşdür.
Əsas partiyaları: Leyli ("Leylı və Məcnun" - Ü. Hacıbəyov), Əsli ("Əsli və Kərəm" - Ü. Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl"- M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib" - Z.Hacıbəyli), Sənəm ("Gəlin qayası" - Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.
"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
1983-cü ildə Bakıda vəfat edib.