Qadin.NET / Ebru Yaşar

Ebru Yaşar

Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 08.08.1977 tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb.

1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra - 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb.

1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.

Albomunda qazandığı nailiyyətə görə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" seçilib və eyni ildə Kral TV tərəfindən "İlin qadın sənətçisi" və "Səni anan mənim için doğurmuş" adlı mahnısı "İlin mahnısı" mükafatına layiq görülüb. İbrahim Tatlısəslə birgə bu mahnıya gözəl bir klip də çəkdirib.

"O beni sırtımdan vurdu" və "Yalan" adlı mahnılarına da klip çəkdirən sənətçi eyni sevgini bu 2 klipində də görüb. Adı İbrahim Tatlısəslə çox çəkilirdi, hətta sevgili olduqlar haqda döhbətlər yayılmışdı. Ebru Yaşar hər kəsə açıqlama verərək çox mehriban dost olduqlarını hər bildirib.

4 il sonra - 2003-cü ilin may ayında Ebru Yaşar "Aşkımız buraya kadar" adlı albomunu çıxarıb və bu albomundan "Aşkımız buraya kadar", "Yeminim var" və "O değil" kimi bir neçə hit mahnıya kliplər çəkdirib. 2006-cı ilin avqust ayında "Yeşillənirim" adlı albomu işıq üzü görüb. Bu albom onun ən çox satılan albomu olub. 

2008-ci ildə İsmail YK ilə duet mahnısı olan "Seviyorum səni"  mahnısını hər kəsə sevdirməyi bacarıb. Təzə albomuna bu mahnının adını verib. Bu albomda olan şux mahnısı "Eğer"ə də klip çəkdirib, bu albomdon ən axırıncı klipini Sinan Akçılın bəstələdiyi "Kararsız" adlı mahnıya çəkdirib. 2011-ci ildə "Delidir" adlı albomuyla yenə hər kəsin sevgisini qazanıb. Keçən il axırıncı albomu "Ebru"nu pərəstişkarlarına hədiyyə edib.

9 fevral 2014
GO BACK