Qadin.NET / Aygün Bəylər

Aygün Bəylər

 Aygün Bəylər

Aygün Hümbətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakının Suraxanı qəsəbəsində anadan olub. 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında xüsusi diploma layiq görülüb. 1996-cı ildən Azərbaycan Televiziya və Radiosunun solistidir. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və diqər dövlətlərdə təmsil edib. 2002-ci ildə "Əməkdar artist" adı alıb. Elə həmin ildə müğənni Azərbaycan-Norveç layihəsində iştirak edib. 1999-cu ildən Bakı şəhəri Səbail rayon bələdiyyəsinin üzvüdür.

Aygün xanımın bütün mahnıları sevilir, amma oxuduğu "Tut ağacı" mahnısıyla uşaqdan-böyüyə hər kəsin qəlbində özünə yer etdi. O, muğamları da çox gözəl ifa edir.

Aygün xanım bildirib ki, heç bir sənət yoldaşıyla yaxınlıq etmir, çünki qiybətdən, qalmaqaldan, ikiüzlü insanlardan uzaq qalaraq sadəcə sənətiylə, musiqiləriylə tamaşaçılanın sevgisini qazanmaq istəyir.

Əməktar artist Aygün Bəylər ilk olaraq papaq və oğlan tərzində geyinməklə çoxlarımızın sevgisini qazandı. Daha sonralar ana olduqdan sonra oğlan imicindən imtina edib. O, imicinə dəyişiklik edərək hər xanım kimi öz gözəlliyinin qayğısına qalır. Ana olduqdan sonra Aygün xanım açıqlamasında bildirib ki, analıq hissi onu çox dəyişıb. O, qızının adını Can qoyub.

Aygün Bəylər

Əməkdar artist bildirib ki, yoldaşından ayrıdır, qızıyla bərabər yaşayır. Qızı atası ilə deyil, anası ilə qalmağı seçib. Aygün xanım "Can mənim yaşamaq səbəbimdir, o olmasa, dəli olaram" deyib.

Aygün Bəylər Vətəni tərk edərək Moskvada yaşamağa başlayıb. Dediyinə görə, bizim televiziya kanallarında ona tələbat azalıb. Bu səbəbdən Moskvada sənəti ilə məşğul olaraq övladını böyüdür. Xanım bildirib ki, "Moskavaya getməyimin tək səbəbi bizim toylarda eyni mahnı istəklərinin olmasıdır. Amma Moskvada ürəyim istəyən mahnını oxuyuram, həm maddi, həm də mənəvi cəhətdən çox rahatam".

Aygün xanımın cox gözəl mahnıları var. Onu dinlədikcə insan rahatlanır:

"Qəlbimin səsi";

"Küsmə gəl";

"Özün günahkarsan";

Aygün Bəylər
"Şuşam";
"Sənli xatirələr";

"Ay qaşı-gözü qara qız";

"Səndən nigaranam";

Aygün Bəylər

"Günah nə səndədi, nə məndə";
Ədalət Şükürovla olan dueti  - "Nələr" ("Kimləri unutdu dünya");

"Aci xatirələr";

"Xatirələr var";

"Qarabağ";

"Anam gəlini"

Aygün Bəylər

11 mart 2014
GO BACK