Həmidə Məmməd qızı Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olub. ÜDKİ-nun aktyorluq fakültəsini bitirib (1975-1979). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında (1979-1993), Azərbaycan Kinematoqrafçılar İttifaqında (1992-1993) çalışıb.
“Retro” televiziya proqramında dünya kino tarixindən silsilə verilişlər hazırlayıb. Hazırda “Seans” (ANS) verilişinin aparıcıdır. 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir. Xarici film istehsalçılarının “Diş həkimi” (Lenfilm), “Mən Onun Xoşuna Gəlirəm” (1985), “Cərrahiyyə Əməliyyatı” (1988), “Qorxulu Oyunlar” (1992, Özbəkfilm, Yalta k/s, 9 seriyalı), “Divlər Zindanı” (1993, İran, Nuriyə rolunda, rej: Həsən Məmmədzadə), Dronqo” (Rusiya, NTV, 2001, Elmira rolunda) filmlərində çəkilib. Əməkdar artist (1988), xalq artistidir (2005).
Oynadığı filmlər:
Anlamaq İstəyirəm (1980)
Arşınmalçı (1985)
Azərbaycan Çayı (2003)
Babamızın Babasının Babası (1981)
Bayramda Yağış (1985)
Bəyaz Həyat (2003)
Bir Axşam... (1985)
Burulğan (1986)
Cərrahiyyə Əməliyyatı - Dilşad (1988)
DHD (1982)
Doğma Sahillər (1989)
Dronqo - Elmira. Moskva, "NTV+" (2001)
Əzablı Yollar (1982)
Fikirləşmək Lazımdır (1980)
Gecə Qatarında Qətl (1990)
Gümüşü Furqon (1982)
Güzgü (1990)(I)
Həmidə Ömərova (2003)
Humayın Yuxusu (1985)
Kallıq (1981)
Kinoştrix (????-2007)
Qafqaz (2007)
Qəzəlxan (1991)
Qızıl Uçurum (1980)
Qorxma, Mən Səninləyəm (1981)
Qorxulu Oyunlar - Mərhəmət (1992)]]
Mən Onun Xoşuna Gəlirəm - Məhəbbət (1985)]]
Müqəddəs Oda Yanaram (1991)
Musiqi Müəllimi (1983)
Nizami (1982)
Ölsəm... Bağışla (1989)
Otel Otağı (1998)
Retro (veriliş)
Seans (2007)
Şeytan Göz Qabağında (1987)
Şirbalanın Məhəbbəti (1991)
Tənha Durna Uçuşu (2003)
Təxribat (1990)
Üzeyir Ömrü (1981)
Vah!.. (1980)
Yol Əhvalatı (1980)
Zendane Div - Nuriyə (İran, 1993)
Zəli (2003)