Səhnə məlahəti ilə həmişə tamaşaçıları heyran qoyan Safurə Ağabala qızı İbrahimova 1938- ci il dekabr ayının 27-də Bakıda doğulub.
Orta məktəbi bitirdikdən sonra dram dərnəyində çalışıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda onu Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Həmin vaxtdan indiyə qədər bu kollektivdə çalışır. Xaraktercə lirik-dramatik aktrisadır. Komik personajlarda da məharətlə oynaya bilir. Səhnədə səmimiyyəti, obrazın psixoloji xarakterini həssaslıqla duyması ilə seçilir. Mənalı sifət ifadələrindən və plastik emosional hərəkətlərdən istifadə etməkdə səriştəlidir.
Rol aldığı filmlər:
ALMA ALMAYA BƏNZƏR >> Aktyor / aktrisa(Mədinə)
ARŞIN MAL ALAN (III) >> Aktyor / aktrisa(Telli)
BİZİM CƏBİŞ MÜƏLLİM >> Aktyor / aktrisa(Nəcəfovun arvadı)
BİZİM KÜÇƏ >> Aktyor / aktrisa(Asya)
DƏLİ KÜR >> Aktyor / aktrisa()
DƏRVİŞ PARİSİ PARTLADIR >> Aktyor / aktrisa(Sənəm)
ƏLAVƏ İZ >> Aktyor / aktrisa(Leyla)
HÖKM >> Aktyor / aktrisa(Suğra, Babəkin anası)
İMTAHAN >> Aktyor / aktrisa(Dilarə)
İSTİNTAQ DAVAM EDİR >> Aktyor / aktrisa(uşaqlı qadın)
QATIR MƏMMƏD >> Aktyor / aktrisa(Həbibə)
QAYINANA >> Aktyor / aktrisa(Sədaqət)
QƏTL GÜNÜ >> Aktyor / aktrisa(Sədi Əfəndinin arvadı)
O QIZI TAPIN >> Aktyor / aktrisa(Xalidə)
SAHİLSİZ GECƏ >> Aktyor / aktrisa(yaşlı Dürdanə)
SEVİL (II) >> Aktyor / aktrisa(Dilbər, vokal-Q.Oleyniçenko)
ŞİR EVDƏN GETDİ >> Aktyor / aktrisa(tülkü)
TƏXRİBAT >> Aktyor / aktrisa(Aida, Zaurun anası)
TÜTƏK SƏSİ >> Aktyor / aktrisa(İsmət)
YUN ŞAL >> Aktyor / aktrisa(Südabə)
Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin "İblis" faciəsindəki Rəna roluna görə Dövlət mükafatı laureatıdır.