Qadin.NET / Jessica Alba

Jessica Alba

Jessica Alba

Sizə Amerikanın tanınmış aktrisası olan Jessica Alba haqqında məlumat vermək istəyirəm. Jessica Mariya Alba 1981-ci il aprelin 28-də Kaliforniya ştatının Pomona şəhərində anadan olub. 13 yaşı olanda televiziya və kino karyerasına başlayıb. Jessica uşaqlıqda çox tez-tez xəstələnirdi, onda ildə 4-5 dəfə pnevmaniya, kista və s. xəstəliklər olub.

O, öz yaşıdlarıyla çox ünsiyyətdə ola bilmirdi, çünki xəstəlikləri üzündən xəstəxanada yatmaq məcburiyyətində qalırdı. Amma o ailəsi ilə birlikdə Kaliforniyaya köçdükdən sonra vəziyyəti yaxşılaşdı. Alba 5 yaşından aktyor sənəti ilə maraqlanırdı və elə 12 yaşında aktyorluq məşğələlərinə gedirdi, bu balaca qız elə 9 aydan sonra bir agentlə müqavilə imzalayıb öz ilk işinə başladı. O, 16 yaşında orta məktəbi bitirdi və aktyorluq peşəsi üzrə oxumağa başladı.

İlk çəkildiyi kino 1994-cü ildə "Unudulmuş düşərgə" və "Aleks Makın sirli dünyası" adlı serialı olub. Baş rolda çəkildiyi "Qara mələk" (2000-2002-ci il) adlı serialı ilə məşhurlaşmağa başladı. Daha sonralar Jessica bir çox filmlərdə çəkilməyə başladı: "Günahlar şəhəri" (2005-ci il), "Fantastik dördlük" (2005), "Fantastik dördlük 2", "Gümüş sörfçü və Cakın uğurları" (2007) və s.  

 

 

2006-cı ildə saytların birində 99 iştirakçı içərisində səs çoxluğuna görə Alba 1-ci yeri tutaraq ən cazibəli və arzulanılan xanım oldu və həmçinin 2007-ci ildə FHM jurnalının "Dünya üzrə ən seksualnı xanım"ı seçildi. Jessica öz iş fəaliyyətinə görə bir çox mükafatlara layiq görüldü. O, "Qara mələk" serialına görə  "Ən Yaxşı Kino Aktrisa"sı  və "Qızıl Qlobus" mükafatını aldı.

Bu xanım həm gözəlliyi, həm də geyimləri ilə bir çoxlarının xoşuna gəlir. O məşhur stilistlərlə işləyir.  


Jessica 2004-cü ildə "Fantastik dördlük" adlı filmin çəkilişində Keşem Uorrenom ilə tanış olur və 2007-ci il mayın 19-da ailə həyatı qurub. Hal-hazırda iki qız övladı var.

 
 

 

Jessica Alba
7 noyabr 2013
GO BACK