Damla Sönməz 3 May 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxumuş, lakin o səhnədə olmaq istədiyi üçün oxuduğu bölməni buraxıb ölkəyə geri dönmüşdür. Bir neçə ay əvvəl də təqaüdlə oxuduğu Yeditepe Universitetinin teatr fakultəsinin məzunu olmuşdur. Hal-hazırda təhsilini Yeditepe Universiteti Teatr fakultəsində davam etdirməkdədir. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili almışdır. Dünyada məsləyi ilə əlaqədar nələr olub-olmadığıyla da maraqlanır, ABŞ və İngiltərədə də teatr işlərinə qatılır. Çünki ona görə bu peşə yeniliklərə açıq olmağı tələb edir, səbəblərini də belə açıqlayır: "Bir obrazı oynamağınız üçün onu çox yaxşı tanımış və başa düşmüş olmağınız lazımdır. İnsanları daha çox qəbul etməyə, kimin nəyi niyə etdiyini, həyatdakı seçimlərini anlamağa çalışıram." Bəs Sönməz hər kəslə asan ünsiyyət qurub dost olurmu? "İlk dəfə görənlər "Soyuq biridir, nə desək tərs kimi görünür" deyərlər, lakin belə deyiləm. Bunun səbəbi utancaq olmağımdı əslində. Uşaqlığımdan bəri qurduğum, ikinci ailəm dediyim insanlar, möhkəm dostuluqlarım var."
Damla Sönməz, "Bornova Bornova" adlı filmindəki performansıyla 46-cı Qızıl Portağal Film Festivalında Ən “Yaxşı Köməkçi Qadın”, "Uçan Süpürgə Qadın Filmləri Festivalı"nda da “Gənc Cadugər” mükafatının sahibi olmuşdur. 26 yaşında olsa da 7 filmdə və bir çox serialda rol aldıb. Aktrisa olmasında uşaqkən getdiyi "Kiçik Kara Balıq" və "Şəkər Portağal" adlı oyunların təsiri olduğunu söyləyir Sönməz.
Gənc oyunçu Sönməzin müvəffəqiyyətlərindən yazının başında da bəhs etmişdik. "Gənc Cadugər Mükafatı" üçün atasının "Mükafatı ala bilməsə də sən bizim ürəyimizin cadısısan" dediyi gənc oyuncu, "Afife Jale, Bedia Muvahhid, Neyyire Neyir kimi şəxslər vaxtında səhnəyə çıxmasaydı bu gün bu filmləri çəkə bilməzdik. Cadugərliyə ilk addımı atmaq, ilk daşı atmaq, suya birinci girən insan kimi başa düşürəm... Onları vaxtında pis qadın olaraq damğaladılar, çox ağrılı günlər çəkdilər" deyərək peşə böyüklərinə hörmət etməyə də laqeyd yanaşmır.
Eşq övladıyam
Uşaqlığını, imtina edilməz oyunlarını, ilk sevgisini soruşuram Damla Sönməzin, bir də eşq övladı olub-olmadığını.. "Eşq övladıyam", deyir və başlayır izah etməyə: "Atam anamın ilk və yeganə sevgisidir. 80-ci ilərdə ODTÜ-də oxuyublar, çətin keçən illər olub. Atam siyasi səbəblərə görə İstanbulda təhsilinə davam etmək məcburiyyətində qalmışdır. Şəhərlərarası sevgi yaşadıqları dövrləri olub. O günlərdən qalan bir çamadan dolu məktubları var, 18 yaşıma gəldikdə oxumaq üçün mənə vermişdilər. Bir neçəsini oxuya bildim. Çünki başqasının şəxsi həyatına daxil olurmuşam kimi gəldi, oxumağa cəsarət edə bilmədim.
Uşaqlıq oyuncağımdır Safinaz
Sönməz küçədə oyun oynamaq şansı tapan uşaqlardanmış. Ən sevdiyi oyunları oynayarkən, gizlənqaç və bir də dostları ilə uydurduqları söz oyunu. Yaşadıqları məhəllədə bir də Aras qardaşları varmış. Məhəllənin bütün uşaqları kimi skeyt kimi konkiləri ilə Aras qardaşlarının velosipedinin arxasına qatarsayağı ilişib yoxuş aşağıya düşərmişlər. İmtina etmədiyi oyuncağı isə öz hündürlüyündə Safinaz gəlinciyi idi... Tək uşaq olduğu üçün bacısı olanlara qibtə edən Sönməz, "Safinazla bacı kimi idik, yemək stoluna onsuz oturmazdım" deyir.
Beş yaşındaykən öpmüşdü
Yaşıdlarına aşiq olduğunu deyən Damla 5 yaşındaykən ilk aşiq olduğu uşağı binanın kənarında sıxışdırıb öpdüyünü və uşağın da ağladığını danışarkən bu şirin uşaqlıq xatirəsinə çox gülürük. İndi tipini xatırlamasa da bağçada bir uşağa da aşiq olduğunu danışır. Damla: "Qız uşaqlarının "Böyüyüncə atayla evlənəcəyəm" düşüncəsi var... Mən də elə atama aşiq böyüdüm. Atam sanki toxunulmaz bir yerdə idi.”
Və sonda Damla Sönməzin rol Aldığı film və seriallar
Rol aldığı film və seriallar: Qurtuluş Son Durak 2012 (Tülay) (Filmi), Türkan 2010 (Turhan) (TV serial), Mahpeyker: Kösem Sultan 2010 (Kösem Sultan) (Film), Çaqqal 2010 (Deniz) (Filmi), Bornova Bornova 2009 (Özlem) (Film), Şəhərcikdə Çılpaq Ayaqlar 2009 (Ebru) (Film), Gece Gündüz 2008 (Pınar) (serial), Emret Komutanım 2008 (Karamel) (serial), Fırtınalı Aşk 2007 (Melda Talay) (serial), Saxta Şahzadə 2006 (Sədəf) (serial), Şarkılar Susmasın 2006 (Aycan) (serial), Qapıları Açmaq 2005 (Gülşen) (serial), Çiyin-çiyinə 2004 (Pelin) (serial)