Qadin.NET / Fahriyə Evcən

Fahriyə Evcən

Fahriyə Evcən

Fahriyə Evcən 4 iyun 1986-ci ildə Almanyanın Solingen şəhərində doğulub. Əslən Samsun Bafralıdır.O Almanyanın Dusseldorf Heinric-Heine Universitetinin Sosioloji bölümündə oxuyub. Fahriyə Evcən Almanyada 2 il dram dərsi almışdır. O zamanlar Almayada təhsil almaq çətin olduğu üçün o, təhsilini Türkiyədə davam etdirmək qərarına gəlir və Almanyadakı təhsil həyatını dondurub anası ilə birlikdə Türkiyəyə gəlir və İstanbula yerləşir. Türkiyəyə gəldikdən sonra Oya Aydoğanın proqramına dəvət alır və tanınmağa başlayır. Sonra isə serial təklifləti alır. İlk əvvəl təklifləri qəbul etmir. Daha sonra isə razılaşır.

Fahriyə Evcən 2005-ci ilə “Asla Unutma”, 2006-ci ildə “Həsrət” və eyni ildə 2006-ci ildə “Yaprak Dökümü” serialında rol alır. 2011-ci ildə “Yalancı Bahar” serialında da baş rolda yer alır. Eyni zamanda 2008-ci ildə “Aşk Tutulması”, 2011-ci ildə  “Takiyə: Allah yolunda” və 2011-ci ildə “Sinyora Enrica” filmlərində oynayır.

Fahriyə Evcən almanca, ingiliscə, turkcə və ispanca  danışa bilir. Üzməyi bacarır və idmanla daimi məşğul olur. Əkizlər bürcünnəndir. Bürclərə inanır və bürclər haqqında 8 kitab oxuyub. Bədən quruluşu: 1.75 boyuna və 51 kiloya sahib gözəl bir xanimdir.

Fahriyə Evcən “Yaprak Dökümü” serialında baş rolda oynadığı  “Nejla” xarakterinnən sonra Türkiyədə daha da məhşur oldu və həyatı tamamilə dəyişdi.

Fahriyə Evcən

 Aktrisalığından əlavə Fahriyə Evcən bir zamanlar şəxsi həyatı ilə gündəmdən düşmürdü. Onun Türkiyənin məhşur müğənnisi və aktyoru olan Özcan Dənizlə sevgi məcərası yaşadığı yazılırdı. Bir neçə dəfə ayrılıb barışsalar da axırda yollarını tamamilə ayırmaq qərarına gəlirlər. Buna baxmayaraq Fahriyə Evcən və Özcan Dəniz ikisi bir yerdə 2012-ci ildə “Evim Sənsin” filmində baş rolda yer alırlar. 

Fahriyə Evcən

Onlar bu filmdə bir-birilərini çox sevən iki sevgilini canlandırırlar. Onlar bu fiimdə bir-birilərini nə qədər çox sevsələr də ölümə qalib gələ bilmədilər. Bu filimə baxanlar əminəm ki, fikirləşirdilər ki, bu filmdən sonra köhnə sevgililər barışarlar. Amma film çəkilişləri bitdikdən sonra ikisi də öz həyatlarına davam etdilər. Sonda isə bu film onların karyer həyatı üçün çox uğurlu oldu.

Son zamanlarda isə Fahriyə Evcənin "Galatasaray"lı tanınmış futbolcu Burak Yılmazla sevgi məcərası yaşadıqları dillərdə gəzir. Düzdür, onlar bu xəbəri inkar edirlər, ancaq unutmayaq ki, atalarımızın belə bir məsəli var: “Od olmayan yerdən tüstü çıxmaz”.

8 avqust 2013
GO BACK