Əsər, oxuculara o qədər güclü təsir bağışladı ki, müəllifinin adı sağlığında əfsanəyə çevrildi. Marqaret Mitçell barəsində demək olar ki, hər şey məlumdur: onun əcdadları, çəkisi, boyu, vərdişləri və s.
Qaranlıq qalan yalnız bir məqamdır - belə bir möhtəşəm əsəri yaratmaq bu qadına necə müəssər oldu?
" "Küləklə sovrulanlar" ın davamı olmamlıdır" - Marqaret Mitçellinin qərarı belə idi. Əslində, bu əsəri yaradarkən nə onun şöhrət qazanmaq niyyəti vardı, nə də mükafat. Heç vaxt təsəvvür etməzdi ki, onun kitabı milli hadisəyə çevriləcək, qəhrəmanları isə uzun ilər milyonların könlündə məskən salacaq.
Roman işıq üzü görənə qədər Mitçellin bioqrafiyasında bu görünməmiş yüksəlişə ömrü boyu hazırlaşmasını göstərən qeyri- adi heç nəyə işarə edilmir.
Marqaret noyabrin 8-i 1900-cu ildə Atlantada doğulub. Hələ yenicə dil açmağa başlayarkən Marqaret dostlarını valehedici nağıl danışmaq qabilliyyəti ilə heyrətləndirir. Sonralar da yaşıdları onun danışdığı əhvalatlara heyranlıqla qulaq asır.Qızcığaz böyüklərindən eşitdiyi Vətəndaş Müharibəsinin (1861-1865) dəhşətlərini, Atlantada vəkil işləyən atasının rəvayətlərini yaddaşında həkk edir. Marqaret atasının başqa cəhətlərini də öyrənir - dəqiq düşüncə, həqiqətə hörmət və yumor hissi. Onun tərbiyəsi və təhsili ilə anası Meybel Stivens məşğul olur. Ana inadcıl qızında oxumağa maraq oyatmaq üçün ona kiçik pul mükafatları verir, təhsilin vacb olduğuna inandırmağa çalışır.
İllər ötür Marqaret 11 yaşına çatır. O, nəinki ədəbiyyatı bilməklə yaşıdlarınıı arxada qoyur, hətta özü hekayə və pyeslər də yazır. Ailəsi dəbdəbəli evlərinə köçəndə qız qonaq otağını teatra çevirir, gənc aktyorlar truppası isə onun pyeslərini oynayır. Ən yaxşı rolları Marqaret özünə saxlayır. Oğlan olmağa üstünlük verən Marqaret şalvarda gəzir, ponidə çapır, ağaclara dırmaşır, gənc ledi kimi rəqs məktəbinə gedir, bal qaydalarını mükəmməl bilir və çox gözəl rəqs edirdi.
Marqaret yazıçı olacağıni düşünmür, dərslərini daim anasının təhriki ilə oxuyur və hesab edirdi ki, həyatda ən əsası - yaxşı ərə getməkdir. Nadinc, şuluq yeniyetmə qız cazibədar ədalarla söhbət aparmağı, zarafatyana sözlər deməyi bacaran incə, mavi gözlü gözələ çevrilir, neçə-neçə pərəstişkarlarının hesabını aparır.
1917-ci ildə Amerika, Almaniyaya qarşı müharibə elan edən zaman Marqaret Atlantada gənc zabitlər mühitində ən populyar gözəl hesab olunurdu. Smit kollecinə qəbul ərəfəsində o, leytenant Kliffort Henri ilə nişanlanır.
Oxumağa həvəsı olmasa da, cənublulara xas olmayan sərbəst davranış tərzi və fikirləri ilə rəfiqələrini heyrətləndirən gənc ledi ürəkdən şənlənir.Amma bu xoşbəxt günlərin ömrü uzun olmur - nişanlısı həlak olur, anası qripdən dünyasını dəyişir. Dərs ilini başa vurandan sonra Marqaret Atlantaya qayıdır ki, nəhəng iqamətgahlarına sahiblik etsin. Anasının son məktubundakı sözləri isə yaddan çıxarmır: "Başqasına özünü ürəkdən və düşünmədən həsr et, yalnız şəxsi həyatına başqalarının qarışmasına imkan vermə". Marqaret Atlantada yüksək cəmiyyətdə layiqli yer tutmağa çox çalışır, amma xarakterindəki dönməzlik və qətiyyət ona mane olur. Nəticədə nüfuzlu xanımlar onun, Gənclər Liqasına daxil olmasına etiraz edirlər. Amma bütün bunlar onun pərəstişkarlarının sayının azalmasına təsir göstərə bilmir. Onların arasında Kentukki universitetinin məzunu Con R.Marş da olur.
Con "Atlanta Corcian" da redaktor işləyirdi. Amma Marqaret zarafatcıl Berrien Kinnardom Apşouya üstünlük verir. Atasını etirazına, qardaşının nəsihətlərinə baxmayaraq, 1922-ci ilin sentabrinda Marqaret ərə gedir. Bəy tərəfdən şahıdliyi isə C. Marş edir.
Berrienin xarakteri dəyişkən, davranışı isə kobud və yersiz olur.O, həddsiz içir, evə gec gəlir, qalmaqal salır və Marqareti döyürdü. Bir neçə il sonra onu Orta Qərbdə ölmüş tapırlar, amma o vaxt artıq Marqaret ondan rəsmən boşanmışdı. Bu, Mitçeller ailəsi üçün ağır illlər olur. 20-ci illərin depressiyası ailənin maliyyə vəziyyətini möhkəm sarsıdır.Marqaret isə "Cornel" redaksiyasında oçerk yazmaqla məşğul olur.
Ardı var....