Qadin.NET / Zemfira Nərimanova

Zemfira Nərimanova

Zemfira Nərimanova
Nərimanova Zemfira Əli qızı - 1959-cu il aprel ayının 20-də Bakıda doğulub. 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olub.1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb.

Akademik Milli Dram Teatrın səhnəsində aşağıdakı rolları oynayıb:
Şeyda (Yastı təpə, Ə.Əylisli),
Sofi (Yad adam, L.Frank),
Təhminə (Xurşidbanu Natəvan),
Xumar (Sevgililərin cəhənnəmdə vüsalı),
Südabə (Dəlilər və ağıllılar, İ.Əfəndiyev),
Kəniz (Atabəylər, N.Həsənzadə),
Qadın (Sizi deyib gəlmişəm,Anar),
Nübar (Məhəbbət yaşadır, N.Hacızadə),
Rəna və Qaraçı (İblis, H.Cavid),
Kama (Kərgədan buynuzu, M. İbrahimbəyov),
Çiçək (Torpağa sancılan qılınc, N.Xəzri),
Nastya (Həyatın dibində, M.Qorki),
Kleopatra (Kölgələrin oyunu, Y.Edlis),
Nisə xanım və Şölə xanım (Lənkəran xanının vəziri, M. F.Axundov),
Banu çiçək (Özümüzü kəsən qılınc, Bəxtiyar Vahabzadə),
Züleyxa (Ah, Paris Paris!., Elçin),
Xanım (Mənim ərim dəlidir, Elçin),
Qadın (Hərdən mənə mələk də deyirlər, K Abdulla),
Paolina (Kəllə, Nazim Hikmət),
Marta (Anlaşılmazlıq A.Kamyu ).
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da oynayıb. Onların arasında:
Leyla (Pəncərədə işıq, İlyas Əfəndiyev),
Sarıköynək (Sarıköynəklə Valehin nağılı, İlyas Əfəndiyev),
Rəna (Ordan-burdan, Üzeyir Hacıbəyovun felyetonları əsasında),
Nərminə (Göz həkimi, İslam Səfərli),
Zərnişan (İtkin gəlin, Əlibala Hacızadə).
Zemfira Nərimanova 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.
Prezident təqaüdçüsüdür.
Aşağıdakı filmlərə çəkilmişdir: 

Beş çərək (Gülya)
Torpaq (Qız)
OTEL OTAĞI (Behicə xanım)
Girişmə, Öldürər (1990) - Zemfira

30 mart 2009
GO BACK