Bioqrafiyası:
Badə İşçil 1983-cü ildə avqust ayının 8-i İstanbulda dünyaya gəlib. Yeditəpə Universiteti Moda Dizayn Fakultəsinin məzunu olub.
2007-ci ci ildə Badə İşçil Cine5 kanalında nəşr olunan Metropol Cafe adlı komediya serialına ilk dəfə rol alıb. Amma onu əslində daha da məhşur edən rolu isə 2009 və 2011-ci illər arasında "Ezel" adlı televiziya serialında Şəbnəm Sertuna obrazıdır. "Ezel"in ardından hələ də davam etməkdə olan "Kuzey Güney" adlı televiziya serialında Banu Sinaner xarakterini canlandırmaqdadır.
Stili:
Badə İşçilin ən böyük şikayəti xarici görünüşündən ötrü insanların fərqli baxması, yanılmasıdır. Bir reportajında ​​da vəziyyəti belə şərh edir: "Saçımın rəngi və türk standartlarına görə fərqli bir tipin meydana gəlməsi "sarı saçına, mavi gözünə güvənir" kimi təəssürat yaradır." Məni tanımayanlar özündən razı və ərköyün zənn edir. Halbuki çox cana yaxın və səmimi biri olduğumu düşünürəm. Dünya malı yalan gəlir mənə.'' Qadın həm gözəldir, həm soyuqdur, həm də təvazökar.
Davamlı olaraq çəkilişlərlə keçən həyatı yaşadığından saçı, makiyajı və hazır bir üslub vəziyyəti olunca gündəlik həyatında da sadə paltarlar geyməyi seçim edir. Onun ən sevdiyi stil ikonları isə saç rəngi ilə özünü yaxın hiss etdiyini söylədiyi Kate Moss, Sienna Miller və Rihannadır. Badə İşçil Kate Mossa ''Dünyanın stil məsləhətçisi'' deyir. Rihannanın isə idman tərzinin öz gündəlik geyimi ilə bir az uşaq və rəngli bir geyim tərzi olduğunu düşünür.
Dəbi, yeni mövsüm dizaynlarını Bade İşçil izləyir. Onsuz da moda dizaynını oxuduğu üçün işini mükəmməl bilir. Azad Masur da çox yaxın yoldaşıdır deyə istər-istəməz Türkiyənin yaxşı geyinən qadınlarından biri olmaması bir az qəribə olardı.
Formasını necə qoruyur?
Badə İşçil idmana çox üstünlük verir! Gözəlliyini və formasını qorumaq üçün çox çalışır. Badə İşçil boş vaxtlarında idmanla ya da yeriməklə məşğul olur. O söyləyir ki, elə qısa məsafə yerişləri düşünməyin. Qadın 20 kilometrə kimi məsafə getməlidir.
İncə beli və dümdüz qarnı üçün səhər oyanar-oyanmaz səhər yeməyi etməzdən əvvəl yürüşə çıxmağa borclu bilir.
Badə İşçilin bir büsahibəsi əsnasında: ''Sağlam həyat sənə görə nə məna ifadə edir, deyə soruşmuşlar, buyurun, cavabı: "Mənə görə sağlam həyat mexanizmini doğru istifadə etmək deməkdir. Mənim də sağlam yaşadığım deyilir. İnsan bədəninin mütləq bəzi dəyərləri var. Onları mütləq tətbiq etməyə çalışıram.
Məsələn, gündə ən azı səkkiz saat yatmağa diqqət göstərirəm. İki litr su içməyə cəhd edirəm. Səhər, günorta və axşamı nizamlı yeməyə çalışıram. Səhər yeməyində çox yeyib, günorta bir az daha az və axşam ən az miqdarda yeyərək qidalanma təşkil edirəm. Bundan başqa bədənin yalnız yemək və içmək üçün yaradıldığını düşünmürəm. Bədənin hərəkətə də ehtiyacı var. Bunun üçün də hərəkət etməyə çalışıram. Bəzən mən də tez-bazar yeyirə, amma o hallarda daha çox hərəkət edirəm'' deyir.