Qadin.NET / Vəfa Fətullayeva

Vəfa Fətullayeva

Vəfa Fətullayeva

Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva Məhərrəm Haşımovun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək? deyir. Yarı zarafat-yarı ciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini təyin edir.

O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib... Keçib teatrşünaslığa. Vəfa Fətullayeva 1970-ci ildən Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar artist (1982), dövlət mükafatı laureatı (1984) Vəfa Fətullayeva 21 may 1987-ci ildə - 42 yaşında vəfat edib. Vəfa Fətullayevnın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ xalq artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir.

Rolları:

Gülgəz ("Mahnı dağlarda qaldı", İ.Əfəndiyev),

Şirin ("Məhəbbət əfsanəsi", N.Hikmət),

Tənzilə ("Sən yanmasan", N.Xəzri),

Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov),

Beatrice ("Heç nədən hay-küy", U.Şekspir),

Bənövşə ("Kəndçi qızı", M.İbrahimov),

Zeynəb ("Sizi deyib gəlmişəm", Anar) və s. Televiziya tamaşalarında çəkilmişdir ("Göz həkimi", "Alov", "Atayevlər ailəsi" və s.).

1 mart 2009
GO BACK