Qadin.NET / Aygün Kazımova

Aygün Kazımova

Aygün Kazımova


Tam adı-Kazımova Aygün Ələsgər qızı
Saytı-www.aygunfans.ws
Doğulduğu tarix-26 Yanvar 1971 (yaş 39)
Sənətə gəldiyi tarix-1988-ci il
Doğulduğu yer-Bakı,Azərbaycan
Boyu-167 sm
Azərbaycan Respublikasının Xalq artistidir.

Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da anadan olmuşdur. Azərbaycan pop musiqisi tarixində ən parlaq ulduzlardan biridir. Digər qadın müğənnilərlə müqayisə etdikdə onun albomları ölkədə ən böyük miqdarda satılır. İlk dəfə professional səhnəyə 1988-ci il "Bakı Payızı"yarışması ilə çıxmışdır. Və ilk qran prini də orada qazanmışdır. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq konkursda, 1992-ci ildə "Asiya dausı", 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmanın laureatı olmuşdur. 2000-ci ildə üç nominasiya üzrə Qrand mükafatına layiq görülmüşdür: İlin müğənnisi İlin konserti – "Aygün bir gün" İlin hit mahnısı - "Gecələr" 2001-ci ildə Aygün yenidən üç nominasiya üzrə Qrand mükafatına layıq görülmüşdür: İlin müğənnisi İlin hit mahnısı –"Я и ты" İlin konserti – "Я девушка восточнaя" Aygün Kazımovanın indiyə kimi 10-a yaxın solo konserti olmuşdur. Bunlardan 1999 "Ayqun Bir Gun", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri adi şou", 2006-ci ildə Moskvada möhtəşəm yubiley konsertini söyləmək olar. İndiyə kimi 15 diski işıq üzü görmüşdür. 2001-ci ildə Aygün Kazımova Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülmüşdür.

Aygün Kazımova Azərbaycandan kənar konsertlər də verir. Onlardan ən məşhuru 2006-da Moskvada Dövlət Kreml sarayında təşkil olunan konsertdir. Bundan savayı, Kazımova Azərbaycanda yetim uşaqlar üçün xeyriyyə konsertləri də təşkil edir.

2005-də Aygün Kazımova rejissor Arif Qaziyevin "Xarı bülbüllər" musiqili filmin baş rolunda çəkilib.

Hal hazırda Aygün Kazımova "Best Model of Azerbaijan" müsabiqəsinin rəhbəridir.


Eləcə də baxa bilərsiniz:

Çoxobrazlı Aygün Kazımova stili

Sevda Ələkbərzadə

Qadınlar haqqında lətifələr
13 iyun 2010
GO BACK