Qadin.NET / Kate Winsletin həyatı haqqında maraqlı faktlar

Kate Winsletin həyatı haqqında maraqlı faktlar

Kate Winslet 1975-ci ilin 5 oktyabrında dünyaya gəlib. İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında aktrisa təhsili almışdır. 11 yaşında bir reklamda rol alır. Beləliklə, karyerasında ilk addımları atır.

Ən gözəl insanlar siyahısında yer alır

1996-cı ildə People jurnalı tərəfindən "Dünyanın ən gözəl 50 insanı" siyahısı açıqlanır. Aktrisa bu siyahıda 42-ci yerdə olur.

Titanik filmi ilə gələn şöhrət

Kate Winslet, 1997-ci ildə çəkilmiş Titanik filmindəki roluna görə Oscara yenidən namizəd olur. Bu filmlə dünyada tanınır. 1998-99-cu illərdə "Hideous Kinky" və "Holy Smoke" filmlərində rol alır.

Üç uşaq anası olan Kate Winslet, 3 dəfə evlənib

İlk evliliyi 1998-ci ildə film çəklişləri zamanı tanış olduğu Jim Threapletonla olub. Bu evlilikdən bir qızı dünyaya gəlib. 2001-ci ildə boşanır, 2003-cü ildə məşhur rejissor Sam Mendes ilə evlənir. Bu evlilikdən 1 oğlu olur. 7 illik evlilikdən sonra 2010-cu ildə boşanırlar. Son olaraq, 2012-ci ildə Ned Rocknroll ilə gizli evlənir və 2013-cü ildə ən kiçik övladını dünyaya gətirir.

Boyu, çəkisi və bürcü

Tərəzi bürcü olan aktrisanın 1.69 m boyu var. Çəkisi isə 63 kilodur.

Ustaclı

30 iyun 2020
GO BACK