Əminə Dilbazi 1919-cu il dekabr ayının 26-da Qazaxda anadan olmuşdur. Səhnə fəaliyyətinə 1935-ci ildə Azərbaycan Xalq Rəqs Ansamblının rəqqasəsi kimi başlamışdır. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1959-cu ildə isə xalq artisti fəxri adını almışdır.
Azərbaycan xalqının qədim tarixi köklərə malik rəqs sənəti ənənələrinin layiqincə yaşadılmasında Əminə Dilbazi əvəzsiz xidmətlər göstərmişdir. Onun repertuarı hər zaman öz genişliyi və rəngarəngliyi ilə səciyyələnmişdir. Əminə Dilbazi milli rəqslərin və dünya xalqları rəqslərinin mahir ifaçısı olmaqla, daim yüksək səhnə mədəniyyəti nümayiş etdirərək sənətsevərlərin dərin rəğbət və məhəbbətini qazanmışdır. O, bənzərsiz ifaçılıq imkanlarından yararlanaraq fitri istedadı sayəsində milli rəqslərin bir çox qiymətli nümunələrinə yeni-yeni çalarlar gətirmiş və onları orijinal ifa üslubu ilə xeyli zənginləşdirmişdir. İştirakçısı olduğu çoxsaylı beynəlxalq müsabiqə, festival və qastrol səfərlərindəki parlaq çıxışları ilə Əminə xanım Azərbaycan incəsənətinin şöhrətini daha da artırmışdır.
Əminə Dilbazi musiqili komediya, opera əsərləri, müxtəlif teatr tamaşaları və kinofilmlərdə milli rəqslərimizin uğurlu quruluşunu vermişdir. O, həmin rəqslərdən bir çoxunun parlaq ifaçısı kimi rəqs sənətimizdə yeni dəst-xəttin formalaşdırılmasına nail olmuşdur. Eyni zamanda, respublikamızın hüdudlarından kənarda onun müxtəlif xalqların rəqslərinə verdiyi quruluşlar mütəxəssislər tərəfindən layiqincə qiymətləndirilmişdir.
Əminə Dilbazi, həmçinin tanınmış professional və özfəaliyyət rəqs qruplarının bədii rəhbəri olaraq təqdirəlayiq xidmətlər göstərmişdir. Onun "Çinar", "Sevinc", "Yallı", "Şərur" və digər ansambllarla qurduğu rəqs proqramlarında yüksək ifaçılıq mədəniyyəti ilə yanaşı, xəlqilik ruhu və folklor təravəti qorunub saxlanmışdır. Həmin kollektivlərin mötəbər müsabiqələrdə qazandıqları mükafatlar Əminə xanımın gərgin yaradıcılıq axtarışlarının bəhrəsidir.
Uzun illər Bakı Xoreoqrafiya Məktəbində və Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın təşəkkülünə sərf etmiş, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə və bacarığını əsirgəməmişdir. Varislik və novatorluğu öz yaradıcılığında ahəngdar şəkildə birləşdirən Əminə Dilbazi milli rəqs məktəbinin püxtələşməsi prosesinə sanballı töhfələr vermişdir.
Əminə Dilbazinin Azərbaycan incəsənətinin inkişafı naminə göstərdiyi uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Görkəmli sənətkar, gözəl müəllim və qayğıkeş insan Əminə Dilbazinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əminə Paşa qızı Dilbazi 2010-cu il aprelin 30-da ömrünün 91-ci ilində vəfat etmişdir.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
