Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Nəsibə Zeynalova
(1917-2004)
Nəsibə Cahangir qızı Zeynalova 1917-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası C.Zeynalov Azərbaycanın tanınmış teatr xadimlərindən idi. Azərbaycan səhnəsinin ilk görkəmli realist sənətkarı olan Cahangir Zeynalov rejissor kimi də fəaliyyət göstərmişdir. Onun təşkil etdiyi məşhur "ev teatrı" bir sıra həvəskar aktyorlar (o cümlədən H.Ərəblinski) üçün sənət məktəbi olmuşdur. "Nicat" xeyriyyə cəmiyyətinin nəzdində teatr truppasının yaradılmasında Cahangir Zeynalovun böyük əməyi olmuşdur. Nəsibə Zeynalovanın teatra olan sevgisi və aktyorluq istedadı da ona Azərbaycan peşəkar teatrının banilərindən sayılan Cahangir Zeynalovdan miras qalmışdır.
Atasını erkən itirən Nəsibə Zeynalova Bakıda orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olmuşdur. Burada o, Azərbaycanın tanınmış rejissorları M.Haşımov və A.Tuqanovdan dərs almışdır. Hələ texnikumda oxuyarkən o, kolxoz-sovxoz teatrı truppasına işə düzəlmiş, kiçik səhnəciklərlə respublikanın müxtəlif rayonlarında göstərilən tamaşalarda iştirak etmişdir. O dövrdə Azərbaycan mədəniyyətində zorla ruslaşdırma siyasəti aparılır, milli koloriti ilə seçilən obrazlar yaratmağa meyilli aktyor və aktrisalar böyük səhnədən bilərəkdən uzaqlaşdırılırdılar. SSRİ-nin başqa bölgələrindən göndərilmiş, Azərbaycan xalqının milli mədəni irsi ilə tanış olmayan, bəzən hətta ona xor baxan "mədəniyyət başbilənləri" xalqımıza xas olmayan tamaşalar qoyur, süni olaraq yeni təsəvvürlər və dünyagörüşü yaratmağa çalışırdılar. Lakin onların bu cəhdləri boşa çıxırdı.
Nəsibə Zeynalova 1941-ci ildə Bakı Teatr Texnikumunu bitirdikdən sonra Azərbaycan Musiqili Komediya Teatrına işə qəbul olunur. Bu hadisə onun həyatında həlledici rol oynayır.
Müharibə dövründə cəbhələrdə və hospitallarda əsgərlər qarşısında tamaşalarda iştirak edən aktrisa faşizm üzərində qələbənin qazanılmasına öz töhfəsini vermişdir. Dinc dövrdə teatr bir sıra maraqlı tamaşalar qoymuşdur ki, onlarda Nəsibə Zeynalova özünəməxsus aktyorluq istedadını nümayiş etdirmişdir. S.Rüstəmovun "Beş manatlıq gəlin" tamaşasında Gülnaz, A.Məşədibəyovun "Toy kimindir?" tamaşasında Məsmə, F.Əmirovun "Gözün aydın" tamaşasında Nargilə, S.Ələsgərovun "Ulduz" tamaşasında Züleyxa, V.Dolidzenin "Keto və Kote" tamaşasında Kabato obrazları aktrisanı tamaşaçılara sevdirmişdir. Aktyorluq istedadı, musiqi duyumu, obrazın daxili aləminə sona qədər nüfuz etmək qabiliyyəti Nəsibə Zeynalovanı musiqili komediya teatrının səhnəsində ulduza çevirmişdir.
XX əsrin 50-ci illərində aktrisanın sənətkarlığı daha da püxtələşmişdir. Onun bu dövrdə yaratdığı səhnə obrazları Azərbaycan komediya teatrı tarixinə iri hərflərlə yazılmışdır. Nəsibə Zeynalova T.Quliyevin "Qızılaxtaranlar" tamaşasında Rəxşəndə, S.Rüstəmovun "Rəisin arvadı" tamaşasında Afərin, Ş.Miloravanın "Tbilisi nəğməsi" tamaşasında Gesiya, A.Rzayevin "Hacı Kərimin Aya səyahəti" tamaşasında Kəblə Fatma, S.Ələsgərovun "Həmşəxanım" tamaşasında Həmşəxanım, "Sevindik qız axtarır" tamaşasında Xeyransa kimi bir-birindən maraqlı obrazlar yaratmışdır. Bura T.Bakıxanov və H.Məmmədovun "Altı qızın biri Pəri" tamaşasında Cəhrə, E.Sabitoğlunun "Hicran" tamaşasında Qızbacı obrazlarını da əlavə etsək, çox zəngin və rəngarəng bir obrazlar qalereyası yaranmış olar.
Bütün bu obrazlar sırasında qaynana-Cənnət obrazı xüsusi yer tutur. Bu obrazı yaradarkən aktrisa xəsislik etməmiş, yaradıcılıq imkanlarını sanki tamamilə açmış, onun aktyor sənəti üçün səciyyəvi olan zəngin mimika və məharətini nümayiş etdirmişdir. "Qaynana" tamaşasından sonra aktrisa yaddaşlara ilk növbədə qaynana kimi həkk olunmuşdur. Jurnalistlər onu hətta "xalqımızın qaynanası" adlandırmışlar.
Bədii filmlərdə çəkilməyə dəvət alan aktrisa burada da yaddaqalan, ölməz obrazlar yaratmışdır. Ömrünün sonunadək müxtəlif səpkili filmlərdə çəkilmiş aktrisa sənətinə xas xüsusiyyətləri oynadığı filmlərə də gətirmişdir. "Ögey ana" (1959) filmində Nəsibə Zeynalova dedi-qoduları sevən, köhnə təfəkkürlə yaşayan qarı obrazını məharətlə yaratmışdır. "Böyük dayaq" (1963) filmində artıq tamam başqa bir obraz yaratmışdır. Burada aktrisanın qəhrəmanı zəhmətkeş insan, bütün çətinliklərə qatlaşan, gələcək naminə daim çalışan əsl Azərbaycan qadınıdır. 1964- cü ildə "Azərbaycanfilm"də istehsal olunmuş "Ulduz" filmində Nəsibə Zeynalova toyuq fermasının müdiri obrazını yaratmışdır. Onun qəhrəmanı dövlət malını öz malından üstün tutan, ona tapşırılmış işləri vicdanla yerinə yetirən qadındır. Qeyd etmək lazımdır ki, aktrisanın yaratdığı istər mənfi, itərsə də müsbət obrazlar incə lirizmi, yumor hissi ilə seçilir.
1969-cu ildə çəkilmiş "Qanun naminə" filmində aktrisanın qəhrəmanı qızının xoşbəxtliyini əsl məhəbbətdə deyil, var-dövlətdə görən dardüşüncəli meşşan bir qadındır. Aktrisa qəhrəmanının günü-gündən necə böyük səhvlər buraxmasını, qızını necə uçuruma yuvarlatmasını məharətlə açıb göstərə bilmişdir. Bunun ardınca Nəsibə Zeynalova "Bizim Cəbiş müəllim" (1970) filmində oynamışdır. Ağır müharibə illərinə həsr olunan filmdə sadə azərbaycanlıların qələbə naminə canla-başla fəaliyyət göstərmələri öz əksini tapmışdr. Aktrisanın qəhrəmanı o dövr üçün mənfi obraz sayılan bir alverçidir ki, çətin zamanda əl altından ticarətlə məşğul olur. Lakin eyni zamanda o, təmiz qəlbli bir insandır və Bakıya Rusiyadan qaçqınlar gətiriləndə məhz o, bir qaçqın qızını himayəsinə götürür və ona doğma qızı kimi baxır.
Nəzibə Zeynalovanın 1979-cı ildə "Qaynana" filmində oynadığı qaynana obrazı onun kinoda yaratdığı ən məşhur obrazdır. Ən maraqlı cəhət budur ki, o, Musiqili Komediya Teatrının səhnəsində yaratdığı qaynana obrazını eynilə təkrar etməmiş, obrazı yeni ştrixlər, jestlərlə daha da dolğunlaşdırmışdır. Təsadüfi deyil ki, həm filmin özü, həm onun baş qəhrəmanı, həm də bu rolun ifaçısı xalqımız tərəfindən indi də sevilməkdədir.
Son illərdə bir neçə komediyada çəkilən aktrisa yaşının çox olmasına baxmayaraq, istedadını, sənətkarlıq sirlərini gənc nəsil aktyorlarla bölüşməyə hazır olduğunu göstərmişdir.
Aktrisanın həyat və yaradıcılıq yolunu əks etdirən bir neçə televiziya filmi də xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Fəaliyyəti dövründə bir sıra orden və medallarla təltif edilən, həmçinin fəxri adlara layiq görülən aktrisanın ən böyük mükafatı tamaşaçıların məhəbbətidir.
Nəsibə Zeynalova 2004-cü ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
XƏBƏR LENTİ
10 min manatlıq güzəşt reallaşır
Menstruasiyanın gecikməsinin səbəbləri
Payız-qış ayaqqabıları
Zibil yığanda içi dolu pul qapı tapdı-FOTO
Müəllimlərin işə qəbul imtahanları keçirilir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qadın lotereyada 1 milyon uddu-heç kəs inanmadı
"Ürəklərindəki şeytanı mələk edəcəyəm"
"Miss Pakistan-2012" qəzada öldü-FOTO
İpoteka almaq istəyənlərə şad xəbər
“Qalatasaray” Roberto Mançini ilə danışıqlara başlandığını rəsmən açıqlayıb
Hindistan hökuməti "selfie"ni yasaqladı
Milton Erikson öz uşaqlarını necə tərbiyə edirdi?
Ağ evdə Novruz şənliyi
Yeni doğulan körpələrdə normal olan vəziyyətlər
Bu gündən Bakıda satış yarmarkaları fəaliyyətə başlayır
Cennifer Lopez səhnə geyimləri ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hər kəsi heyrətə gətirən HADİSƏ-18 ay sonra sağ tapıldı-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Göz linzaları kor edə bilər
Günün ulduz falı - 30.08.2013
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Bu xanımın, sadəcə, çantaları 2 milyon dollarlıqdır
“Bakı Metropoliteni”nə subsidiya azaldılır
"Amazon"un təsisçisindən maraqlı test-FOTO
Göbələk şirniyyatı (foto resept)
Hamilə qalma şansını artıran qidalar
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
2010-cu ilin gəlinlikləri
Hazal Kaya Doğumdan sonra İlk Dəfə-FOTO
Soyadı dəyişdirmək niyə problemə çevrilib?
Qapalı idman müəssisələrinin fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Noyabrda 3 gün istirahət olacaq
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Bəzi tarixi yerlərə səyahət
Səyahətə getmək istəyənlərə xəbərdarlıq
Cadu, əməl varmı?
Kral ailəsində daha bir toy - FOTO
”Son zəng”ə getməyə ayaqqabım yox idi”
Hüseyn Cavid kimdir, bilən varmı?
Meqan Markl qərarı ilə bir daha təəccübləndirdi
Soba qutabı (foto resept)
BAŞ-saytını Azərbaycan idarə edəcək
Paytaxtda güclü külək olacaq
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Dərini cavanlaşdıran kivi maskası
Dost dedikdə... (2-ci hissə)
İnternetə nəzarət güclənir
Türkmənistan Qazaxıstanla sərhədini bağladı
Bu şəxslərə 190 manatlıq ödəmə verilməyəcək - RƏSMİ
- ŞƏRHLƏR