Haruki Murakami
Haruki Murakami Yaponiyanın ən məşhur yazıçılarındandır. İlk kitabı "Kaze no uta o kike" (1979) ilə "Gunzou Ədəbiyyat mükafatına" layiq görülüb. Ardınca "Hiitsuci o meguru Booken" kitabını yazıb. Bu əsərlə də " Yeni yazıçılar Noma Ədəbiyyatı Mükafatı" na layiq görüldü.
Onu dünyaya tanıdan əsəri "Norvei no Mori" ( mümkünsüzün mahnısı) isə 1987-ci ildə yazıldı və 16 dilə tərcümə olundu. Yaponiyada mükafatlara doymayan yazçı olaraq tanınır.
Yasunari Kavabata
Yaponiyanın vacib roman yazıçılarından hesab olunur. Yaponiyada ilk Nobel mükafatı alan yazıçıdır. İkinci Dünya Müharibəsində iştirak etməkdən imtina etmiş, müharibənin təsirlərini yazmağı seçmişdir. 1972-ci ildə intihar etmişdir. Səbəbi isə müəmmalıdır.
Yukio Mishima
Yukio Mishima yaponiyanın roman və pyes yazıçısıdır. Məşhurluğu 24 yaşında yazdığı "Kamen no Kokuhaku" ( Bir Maskanın Etirafları) adlı avtobioqrafik əsəri ilə qazandı. 1963, 1964, 1965-ci illərdə üç dəfə Nobel mükafatına namizəd göstərilmişdir.
Shin Kyung-sook
Adı Shin olan yazıçı, əsərlərində Kyung-sook Shin adını istifadə etməyi sevir. Koreyalı yazıçı " Please Look After Mom" ilə 2012-ci ildə "Man Asian Ədəbiyyat mükafatını qazanmışdır. Bu mükafatı alan ilk koreyalı qadın olmuşdur.
Han Kang
Han Kang Cənubi Koreyalı yazıçıdır. 2016-ci ildə " The Vegeterian" ilə "The Man Booker İnternational Prize" qazanmışdır. Romanda bir qadının ət yeməyi dayandırması və onun faciəvi nəticələri ilə əlaqəlidir.