Qadin.NET / “Dedektivlər kraliçası” Aqata Kristi

“Dedektivlər kraliçası” Aqata Kristi

 

“Dedektivlər kraliçası” Aqata Kristi

 

15 sentyabr tarixində 127 yaşı tamam olan britaniyalı yazıçı Aqata Kristinin qələmindən 60-dan çox dedektiv roman, Mary Uestmekott ləqəbi ilə yazdığı 6 psixoloji roman və 19 hekayələr toplusu çıxmışdır. Aşağıda bir çoxlarımızın sevimli yazıçısı olan Aqata Kristinin ən müdrik məsləhətləri ilə tanış olaq:

 

“Dedektivlər kraliçası” Aqata Kristi

 

Yaradıcı düşüncənin inkişafına təkan verən ən yaxşı fəaliyyət – qabları yumaqdır.

Bütün bəlalar ya pulların olmasına görə, ya da olmamasına görə baş verir.

Yoxlamadan öhdəsindən gəlib-gəlməyəcəyinə əmin ola bilmərsən.

Ehtiyatlılıq – ən yaxşı silahdır.

 

“Dedektivlər kraliçası” Aqata Kristi

 

Gənclər elə zənn edərlər ki, yaşlılar axmaqdır. Yaşlılar isə gənclərin axmaq olduğuna əmin olar.

Yaşlılar gənclərə nisbətən həyatdan daha iki əlli yapışarlar.

Həyat yoldaşınızın həyat tərzini qəbul edə bilmirsinizsə bu işə girişməyin. Başqa sözlə, ona ərə getməyin.

Gənc qızların nə oxuduqları məni dəhşətə gətirir. Üstəlik, özlərini elə nümayiş etdirirlər ki, sanki oxuduqlarından zövq alırlar.

Heç vaxt xoşbəxt olduğunuz yerə qayıtmayın. Bunu etmədiyiniz təqdirdə hər şey beyninizdə canlı olaraq qalır. Ora yenidən getdikdə isə hər şey məhv olacaq.

 

2 avqust 2017
GO BACK