Qadin.NET / Əzizə Cəfərzadə

Əzizə Cəfərzadə

 

 

Əzizə Cəfərzadə

 

 

İyirminci yüzilin Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan xalq yazıçısı Əzizə Cəfərzadə özünəməxsus bir yaradıcılıq yolu keçmişdir.Daha çox tarixi roman ustası, etnoqrafik yaddaşımızın mahir salnaməçilərindən biri kimi tanınan yazıçının ədəbi-bədii irsi özünün zənginliyi, əhatəliliyi vəçoxcəhətliliyi ilə diqqəti çəkməkdədir.

Əzizə Cəfərzadə bədii yaradıcılığa “Əzrayıl” adlı hekayə ilə başlamışdır. 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş bu hekayədə, yazıçı dövrününsosial həyatının canlı bədii mənzərəsini yarada bilmişdir. Məhz bu dövrdən etibarən hekayələri, povestləri elmi və publisistik yazıları ilə o, vaxtaşırı olaraqmətbuatda çıxış etmiş, bir sıra maraqlı və məzmunlu sənət örnəkləri ortaya çıxarmışdır.

Əzizə Cəfərzadə yaradıcılığı üçün hekayə janrı səciyyəvidir. O, bu janrda bütün yaradıcılığı boyu qələm çalmışdır. Ədibin hekayələrinin mühüm bir qismikitab kimi nəşr olunmuşdur. “Natəvan haqqında hekayələr” (1963), “Qızımın hekayələri” (1964), “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1966) və digərkitablarında toplanmış bədii nümunələr bu qəbildəndir. Yazıçı hekayə yaradıcılığı ilə yanaşı, povest janrında da bir sıra maraqlı sənət nümunələri yaratmışdır.

 

 

Əzizə Cəfərzadə



 

Əzizə Cəfərzadə yaradıcılığında tarixi mövzulu əsərlər aparıcı yer tutur. O, bütün ədəbi fəaliyyəti boyu bu mövzuya sadiq qalmış, nəticədə xalqımızın uzaq vəyaxın tarixinin bir çox səhifələrini birləşdirən əsərlər ortaya çıxmışdır. Müəllifin “Aləmdə səsim var mənim” (1972), “Vətənə qayıt” (1977), “Yad et məni” (1980), “Bakı – 1501” (1981), “Cəlaliyyə” (1983), “Ağlar – güləyən Sabir” (1989) kimi roman və povestləri bu qəbildəndir.

Azərbaycanın istiqlaliyyət əldə etməsi Əzizə Cəfərzadə yaradıcılığının daha da çiçəklənməsinə, mahiyyətcə dəyişməsinə səbəb olmuş, tarixi mövzuda yeni-yeni əsərlərin yaranmasına təkan vermişdir. “Eldən-elə”, “Gülüstandan öncə”, “Zərrintac – Tahirə” (1996), “Bir səsin faciəsi” (1997), “İşığa doğru” (1998), “Bəla” (1999), “Rübabə – Sultanın”, “Xəzərin göz yaşları”, “Eşq sultanı” (2003) romanları buna misal ola bilər. Diqqətəlayiq haldır ki, ədibin tarixi romanlarında birtərəfdən dövrün panoramı çəkilmiş, xalqımızın etnoqrafik yaddaşının aparıcı cizgiləri qabardılmış, digər tərəfdən ədəbi və siyasi şəxsiyyətlərin canlı, real bədiiobrazları yaradılmışdır.

Əzizə Cəfərzadə yaradıcılığının mühüm bir qolu elmi-nəzəri istiqamətlidir. Onun tərtibatı ilə işıq üzü görən “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, ikicilddən ibarət “Azərbaycanın aşıq və şair qadınları” “Şirvanın üç şairi”, Abdulla Padarlının “Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları ciddi elmi dəyərdaşımaqdadır. Alimin Azərbaycan poeziyasında xalq şeri üslubuna dair monoqrafik araşdırmaları müasir milli ədəbiyyatşünaslıq və folklorşünaslığın əhəmiyyətlinümunələrindəndir.

Əzizə Cəfərzadənin tərcümə yaradıcılığı sahəsindəki fəaliyyəti də maraq doğurur. O, müxtəlif dövrlərdə Türkiyə ədəbiyyatının görkəmli nümayəndələri olanSevinc Çokumun “Bizim diyar”, Əhməd Kabaklının “Əjdaha daşı”, Şəmsi Tellinin “Atatürkün eşq macərası” romanlarını, rus yazıçısı S.Smirnovun “Brest qalası”nıdilimizə çevirərək nəşr etdirmişdir.

Ədibin publisistik yaradıcılığı da zəngin və çoxcəhətlidir. Xüsusilə onun 1965-1966-cı illərdə Afrikanın Qana respublikasında yaşadığı illərin bəhrəsi olan”Qızıl sahilə səyahət” əsəri “Azərbaycan publisitikasının maraqlı örnəklərindən sayılmaqdadır. Bundan əlavə, müəllifin mətbuat səhifələrində Azərbaycanın ictimai-siyasi və mənəvi-əxlaqi həyatının müxtəlif problemlərinə dair çoxlu sayda məqalə və müsahibələri də çap olunmuşdur.

Sənətkarın tarixi romanlarını səciyyələndirən cəhətlərdən biri də onların ideyaca müasirliyi, bu günün problemləri ilə bağlı olmasıdır. Bu romanlar dil, üslub,yazı manerasının orijinallığı, təsvir olunan faktlara və hadisələrə yanaşma tərzi ilə də diqqəti çəkməkdədir.

Bir məsələyə də fikir verilməlidir ki, sovet imperiyasının ən çətin və mürəkkəb dönəmində yazıb-yaratmasına baxmayaraq, Əzizə Cəfərzadənin əsərlərindədövrün konyunktiv elementləri, saxta ideologiyanın izləri öz əksini tapmamışdır. Əksinə, yazıçı tarixi mövzulara müraciət etməklə dolayısı ilə sovet imperiyasınıntəlqin etdiyi ideoloji stereotiplərə öz etirazını ifadə etmişdir.

“Aləmdə səsim var mənim” romanında Əzizə Cəfərzadə, yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısınaməqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş, bütövlükdə XIX yüzil Şirvan tarixini, daha doğrusu, Şamaxı mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrincanlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında işləmişdir.

Əzizə Cəfərzadə həm də müəllim kimi fəaliyyət göstərmiş, filologiya elminin sirlərini tələbələrə həvəslə öyrətmiş və gənc nəslin təlim-tərbiyəsinə xüsusi qayğıgöstərmişdir. O, nəsillərin varislik ənənəsini davam etdirən qayğıkeş müəllim ömrü yaşamışdır.

Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin maddi və mənəvi dəstəyi sayəsində doğma yurdu Hacıqabul rayonu Udulu kəndindəorta məktəb binası tikilmiş və bu gün onun adını daşıyır. Uzun müddət respublika Qadınlar Komitəsinə rəhbərlik etmiş mərhum yazıçı – müəllim Əzizə Cəfərzadənin90 illik yubileyi münasibətilə tədbirlərin keçirilməsinə hazırlıq görülür. İnanırıq ki, müəllifin yalnız öz dövrünə deyil, gələcəyə ünvanlanmış əsərləri geniş oxucukütləsinin diqqət və marağına səbəb olacaq, sevilə-sevilə oxunacaqdır.

 

 

Zaur Fateh

 

9 fevral 2017
GO BACK