Qadin.NET / Tesla UFO ixtira etmiş ola bilərmi?

Tesla UFO ixtira etmiş ola bilərmi?

 

Tesla UFO ixtira etmiş ola bilərmi?

 

Dahiliyi unudulmaq yoluna üz tutmuş elm adamı və ixtiraçı olan Nikola Teslanın 1928-ci ildə hazırladığı təyyarə-vertolyot birləşməsindən ibarət maşını xaricində ölümünə yaxın UFO-ya bənzər bir anti–cazibə (Yer çəkimi) sahəsi mühərriki və ya kosmik mühərrik icad etdiyi düşünülür.

1928-ci ildə aldığı son patentdə aydın görülən (#1,655,114) maşın bir növ vertolyot-təyyarə birləşməsindən yaranan bir maşındır. Lakin bu maşının uçma ehtimalı yoxdur demək olar. Ölümünə yaxın bir zamanda Otis T. Carr adlı bir adamın Teslanın düşüncələrinə yol tapmağa və onun daxili dünyasını tanımağa can atdığı bilinir. 

Hər şey Otisin Nikola Teslaya yaxınlaşmaq üçün onun qaldığı otelə köçməyi ilə başladı. Nikola göyərçinləri çox sevirdi. Ona görə də o, hər gün Nyu-Yorkdakı Mərkəzi parkda göyərçinləri yemləyər, hətta onlarla söhbət də edərdi. Otis də Tesla üçün dəyərli olan bu göyərçinlər üçün hər gün 2 kq duzsuz fıstıq gətirirdi. Otis 3 il ərzində Teslaya fıstıq gətirdi və bu fıstıqları hər dəfə gətirərkən onunla elmi söhbətlər etmək fürsəti qazandı. O, Tesladan aldığı məlumatlar əsasında onun sərbəst enerji generatoru və UFO-ya bənzər bir maşın icad etdiyini iddia etməyə başladı. Hətta bunlara görə aldığı patentlər də vardır. Aşağıdakı linkə nəzər sala bilərsiniz.

http://www.google.com/patents/US2912244

 

Tesla UFO ixtira etmiş ola bilərmi?

 

Cazibə qanunu maşını

OTC Enterprises, İnc rəhbəri olan Otis T. Carr dairəvi bir hərəkət maşının sxemini hazırlayaraq elektromaqnit halqaların enerjisindən müstəqil bir kosmik gəmi hazırladığını və bu iş üçün də yatırım etdiyini iddia etmişdi. O deyirdi ki, bu maşın mütəmadi olaraq enerji itirmədən yeni enerji əldə edə bilir. Bu sərbəst enerjinin Yer kürəsinin Günəş ətrafında fırlanmasına səbəb olan enerji olduğunu və təsvir etdiyi maşının dairəvi olaraq hazırlanmış konuslardan ibarət olduğunu bildirirdi. Bu tip bir maşının Yerin orbit sürətini əldə edən kimi havaya qalxdığı və at nalı şəklində olan maqnitlərin hərəkəti sayəsində hər cür cazibənin öhdəsindən gəlinə biləcəyi düşünülürdü.

Carrın dediyinə görə, kosmik gəmi nəhəng bir batareya kimi çalışaraq dairəvi hərəkət etdiyi üçün özü-özünü yenidən enerji ilə təmin etmiş olur. Carr bildirirdi ki, bunun kimi bir batareyanı yaratmaq çox faydalıdır. Belə ki, belə bir batareyanı hər hansısa bir enerji stansiyasında, elektrik maşınların işlədilməsində, eləcə də evlərin isidilməsində də istifadə etmək olar. Buradakı əsas məqsəd odur ki, heç nədən, müstəqil olaraq yeni enerji əldə edilir. 

Bu məqalənin original versiyası 1959-cu ilin avqust ayında FATE jurnalında dərc edilmişdir.

Oklahoma City-də OTC tərəfindən birbaşa cəmiyyət arasında həyata keçirilən bu sınaq müvəffəqiyyətsizliklə nəticələnmişdir. Sınaq zamanı yüzlərlə adam Otus T. Carrın kəşf etdiyi 2 metrlik prototip OTC X-1 uçuş sınağını izləməyə gəlmişdi. Otis T. Carr iddia edirdi ki, bu maşın 400 fut ilə 600 fut arasındakı bir məsafədə yüksəyə qalxmaq bacarığına malikdir. Hətta gələcəkdə əyləncə naminə 15 metrlik yüksəyə qalxa biləcəyini təmin edəcəyini də demişdi. Lakin sınaq planlaşdırıldığı kimi olmadı. 

Bəlkə də, Tesla 1943-cü ildə ölməsəydi, Otis T, Carrın əvəzinə Tesla özü belə bir kəşf edər və uğur əldə edərdi. Bundan əlavə, Otisin çəkdiyi qrafiklər belə Teslanınkından müəyyən qədər fərqli idi. Alınan patentdə olduqca maraqlı sxemlər var və bu onu sübut edir ki, bu günümüzün belə xaricində güclü və hələ kəşf edilməsini gözləyən bir texnologiya vardır.

9 iyul 2015
GO BACK