Qadin.NET / Hüseyn Cavidin dram əsərləri

Hüseyn Cavidin dram əsərləri

 

 

Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məhşurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir. Hüseyn Cavid dram əsərləri teatrlarımızda ən çox tamaşaya qoyulmuş dramaturqlardandır.

Ana

“Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.-Əsəri Oxu.

 

Maral 

“Maral” faciəsi nəsrlə yazılıb və 1912-ci ildə tamamlanıb. Mövzusu “Ana” kimi Dağıstan həyatından götürülmüş bu dram 1917-ci ildə Bakıda kitab şəklində çap edilib. Hüseyn Cavidin bu əsərində qadın azadlığı (Humay və Maralın mürəkkəb xarakterləri timsalında), feodal-burjua düşüncə tərzinin naqis tərəfləri, cəmiyyətdə yenilik duyğuları (Cəmil bəy) ilə mühafizəkar köhnəlik (Turxan bəy) arasındakı barışmaz mübarizənin reallıqları dramaturji konfliktin mərkəzində durur.-Əsəri Oxu.

 

 

Şeyx Sənan

Növbəti pyesi “Şeyx Sənan”ı nəzmlə işləyən dramaturq onun üzərində 1912-1914-cü illərdə Naxçıvanda və Tiflisdə yaşayarkən iki il işləyib. Faciə 1914-cü ildə tamamlanıb. Əsər lirik-dramatik məhəbbət faciəsi janrında yazılıb. Əvvəlcə Bakıda çıxan müxtəlif qəzetlər faciədən parçalar veriblər. Ayrıca kitab şəklində “Açıq söz” qəzetinin mətbəəsində çap olunub (1917).

“Şeyx Sənan” faciəsində dramaturq dünyagörüşü, məhəbbətə münasibəti panteist fəlsəfi ideyaların zəminində formalaşmış Şeyx Sənanın lirik-romantik, faciə və mürəkkəb psixoloji obrazını yaradıb. Dramaturq hadisələri bəşəri fəlsəfi dəyərlər axarına salmaq məqsədilə Şeyx Sənanın sevgilisini xristian, gürcü qızı Tamara (Xumar) ilə verib.-Əsəri oxu.

Şeyda

Hüseyn Cavid nəsrlə yazdığı “Şeyda” dramını 1911-19l2-ci illərdə tamamlayıb. Hətta “Ana” dramı kitabının girışində dramaturqun “Rəmzi” pyesi də olduğu göstərilib. Xatırladım ki, “Şeyda” pyesinin “Rəmzi” və “Nakam” adları da var. Lakin dram son dəfə 1916-cı ildə redaktə edilib və elə həmin dövrdə də kitab şəklində buraxılıb. “Şeyda” dramında həm cəmiyyətin sosial ziddiyyətləri, həm də ayrı- ayrı fərdlərin dünyagörüşlərindəki, mənəviyyatlarındakı təzadlar konfliktin özəyini təşkil edir.-Əsəri oxu.

Ardı var...

27 aprel 2015
GO BACK