Qadin.NET / Marqaret Tetçer"Dəmir ledi"

Marqaret Tetçer"Dəmir ledi"

 

Marqaret Tetçer"Dəmir ledi"

 

Marqaret Tetçer çox kasıb bir ailədə doğulsa da, dünyada ən mühafizəkar ölkənin baş nazir postunu tutan ilk qadın oldu. Və bu vəzifədə hamıdan çox - 11 il qalmağı bacardı. Onun şəxsi keyfiyyətləri və bir çox dövlət başçıları ilə dostluğu soyuq müharibənin sona çatmasına səbəb oldu. Məhz sovet jurnalistlərinin ona qoyduqları "dəmir ledi" ləqəbi çox xoşuna gəlirdi.

"Dəmir ledi" Marqaret Tetçerin həyat təcrübəsindən irəli gələn bir neçə qaydaları oxuculara təqdim edirik:

- Əgər siz nəyisə razılaşdırmaq istəyirsinizsə, kişiyə tərəf gedin, əgər real surətdə nəsə etmək istəyirsinizsə, qadına müraciət edin.

- Bir qadın xarakterini göstərir, onun haqqında "şeytan" deyirlər. Bir kişi xarakterini göstərirsə, onun haqqında "əla oğlandır" deyirlər.

- Miskin, yumşaq olmağın kresloda da heç bir mənası yoxdur. Məgər belə deyil?

- Əgər məni tənqid edənlər görsələr ki, mən Temzanın dalğaları üzərində addımlayıram, onlar belə deyərdilər: Bu yalnız ona görədir ki, o, üzməyi bacarmır.

- Pulsuz pendir yalnız tələdə olur.

 

Marqaret Tetçer"Dəmir ledi"

 

 

- Nəzakət bu gün çox baha qiymətləndirilir, ancaq həyasızlığın heç qiyməti yoxdur.

- Hər ev təsərrüfatının aparılması problemləri ilə tanış olan qadın, ölkə idarəetmə problemini başa düşməyə daha yaxındır.

-Bu gün qadınların özünü göstərmək imkanları çoxdur: Bəzilərimiz hətta ölkə idarə edir. Amma düzünü desək, bizə dəbli qadın çantası daha çox yaraşır, nəinki süngü.

- Öz boğazını kəsmək istəyirsən? Sarğı üçün yanıma gəlmə.

- Biz hamımız nə vaxtsa nənə olmağa məhkumuq.

-Ev - qadınların həyat mərkəzi olmalıdır, sərhədi deyil.

- Müsahibimizlə ümumi dil tapmaq üçün onunla razılaşmaq mütləq deyil.

- Bizim qayğılarımızın 90% -i heç vaxt baş tutmayacaq işlərə aid olur.

 

Marqaret Tetçer"Dəmir ledi"

 

 

- Mən şəxsi həyatıma hücumlara yalnız sevinirəm. Deməli, rəqibimdə digər siyasi arqumentlər artıq qalmayıb.

- Öz düşmənini yaxşı öyrənmək lazımdır, yalnız o zaman onu nə vaxtsa dosta çevirmək mümkündür.

- Ölkənin sərvətlərini öz təbii sərvətləri üzərində inşa etmək elə də vacib deyil, o, hətta tam olmaya da bilər. İnsan ən əsas resursdur. Dövlətə yalnız insanların istedadının çiçəklənməsi üçün zəmin yaratmaq lazımdır.

- İqtisadi azadlıq olmadan başqa heç bir azadlıq ola bilməz.

- Qüdrətli olmaq - bu, əsl ledi olmaq kimi bir şeydir. Əgər sizə bunu insanlara xatırlatmaq lazım gəlirsə, deməli dəqiq belə deyilsiniz.

Aynur Alimuradbəyli

28 mart 2015
GO BACK