Heredotun kitabında yer alan əfsanəvi hadisələrdzn biri də İran şahı Kirin b. e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır.
Kir müasir Azərbaycan ərazisində, Araz çayından şimalda yerləşən Massaket çarlığına
( bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər)
yürüşü zamanı öldürülmüşdü.
Bu rəvayətin qəhrəmanı massaketlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir.
Heredot yazır: "Massaketlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bə'ziləri onları skif tayfalarından sayır. Massaketlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirdi. Ancaq Tomiris anladı ki, Kir onunla evlənmək yox, bu yolla Massaket çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd etdi. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massaketlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verdi.
Kirin qoşunu bu işlərlə məşğul olarkən Tomiris carçıları çağırıb, onların dili ilə Kirə belə bir müraciət etdi: "Ey Midiya hökmdarı! Öz niyyətindən keri çəkil. Axı sən irəlicədən bilə bilməzsən ki, bu körpülərin qurulması sənə xeyirdir, yoxsa ziyan? Bu işin başını burax, get öz ölkəndə şahlıq elə və bizim öz ölkəmizdə Hökmranlıq etməmizə paxıllığın tutmasın. Ancaq sən əlbət ki, bu məsləhətə qulaq asmayacaq və öz bildiyin kimi hərəkət edəcək, aramızdakı sülhü pozacaqsan. Əgər sən massaketlərin üzərinə hücuma keçməyi belə çox istəyirsənsə, körpü qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz qoşunlarımı-zı çaydan üç günlük məsafəyə geri çəkərik. Yox, əgər sən bizi öz torpağına buraxmaq istəyirsənsə, işini davam elətdir." Bu müraciətdən sonra Kir fars ə'yanlarını öz yanına çağırtdırıb, onlardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki, Tomirisin qoşununu burada gözləmək daha məqsədəuyğundur.
Müşavirədə iştirak eləyən lidiyalı Krez isə bu qərarın əleyhinə çıxır. "Mənə belə gəlir ki, biz gərək çayı keçərək, ölkənin içərilərinə doğru irəliləyək. Onlar geri çəkildikcə biz irəliləyək. Mən bilən fars həyat tərzinin gözəllikləri və bizim aldığımız böyük həzz və ləzzətlər massaketlərə mə'lum deyil. Buna görə də mən düşünürəm ki, biz gərək öz düşərgəmizdə onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək, masaların üstünə şərab və cürbəcür yeməklər düzək. Bütün bunlardan sonra az miqdarda qoşunu orda saxlayıb, qalanları ilə çaya tərəf geri çəkilək. Əgər mən öz düşüncəmdə yanılmıramsa, düşmən bu tələyə düşərək, özünü ne'mətlərimizin üstünə atacaq və bizim böyük hünərlər göstərməmiz üçün şərait yaranacaqdır."
Beləliklə, məşvərətçilərin fikirləri haçalanır. Kir özünün əvvəlki fikrindən daşınaraq, Krezin təklifinə tərəfdar çıxır. Şah Tomirisə xəbər göndərir ki, biz sənin ölkənə keçmək istəyirik, geri çəkil. Tomiris də sözünə əməl edərək qoşununu geri çəkir. Belə olduqda Kir Krezi öz varisinə- oğlu Kambizə həvalə edir. Şah oğlundan israrla xahiş edir ki, Krezə hörmət göstərilsin və (əgər massaketlər üzərinə hücum baş tutmasa) onu himayə etsin. Beləliklə, Kir Kambizi İrana göndərib, özü qoşunla birgə çayı keçir. Bir günün içində Arazı keçən Kir Krezin təklifinə əməl edir. Düşərkəsində ən zəif dəstəsini qoyaraq, özü küclü qoşunları ilə geri çəkilir. Massaket hissələri düşərkəyə hücum çəkib, zəif farslara qələbə çalır. Krezin dediyi kimi, qələbəni qeyd etmək də yaddan çıxmır. Yeyib-içdikdən sonra massaketləri yuxu tutur. Beləliklə, onlar yuxuda ikən farsların hücumuna mə'ruz qalır, bir çoxları ölür, bir çoxları isə əsir düşürlər. Massaketlərin sərkərdəsi, Tomirisin oğlu Sparqapis də əsir düşənlərin içərisində idi.
Tomiris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi Kirin yanına çanap göndərir. Çapar deyir: "Qaniçən Kir! Öz hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəlibsiz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah kücünə heç nə eləyə bilməzdiniz. İndi gəl massaketlərin üçüncü hərbi hissəsini yenəndən sonra xoşluqla mənim məsləhətimə qulaq as: oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massaketlərin pənahı olan Günəş allahına ki, mən doğrudan da səni qan gölündə boğaram."
Kir isə bu sözlərə əhəmiyyət vermədi. Tomirisin oğlu Sparqapis şərabın dumanı başından çəkilən kimi hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını xahiş edir. Əlləri açılan kimi şahzadə özünü öldürür.
Tomiris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, mənim zənnimcə, barbarlar arasında baş vermiş ən qanlı döyüş idi. Döyüşün gedişi haqda mənə mə'lum olanlar bunlardır: əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massaketlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomiris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq.belə söylədi: "Mən cağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."
Beləliklə, farsların Böyük Midiyanın xarabalıqları üzərində qurduqları İran dövlətinin ilk şahı şərəfsiz şəkildə qadın əlində məhv oldu.
XƏBƏR LENTİ
Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Dodaqlarım tez-tez uçuqlayır, nə etməliyəm?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Maraqlı şəkillər
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Tubaya üç rejissordan təklif gəldi
Enli şalvarlar
Zövq oxşayan ayaqqabılar
Süni tənəffüs cihazındakı xəstələrin sayı artdı
BMT rəsmisindən maskalarla bağlı AÇIQLAMA
Bütün internet bu görüntülərdən danışır
Yağış, qar, külək - Sabahın havası
10 yaşlı dahi
Sabahın HAVAsı
Bakını daha təmiz və gözəl görmək üçün.
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Dünyanın ən uzun insanı
HAVA necə olacaq?
Bahalaşmaya qəti yox
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Qocalmağa başlamışıq
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR
Qadının həyatı haradan başlanır?
Mədə qıcqırması və müalicəsi
Ev dekorasiyasında yeni dövr
"Çukur"da yeni aktyor
İntim gellə qaşınmaya son
Lobyalı ət
Google rouminqsiz plana keçir
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Məşhur aktrisa gəncliyindən danışdı
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Maştağada qəribə yırtıcı peyda olub - FOTO
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Kadir Doğulu
Kompüter gücündə telefon
Küçəyə atılan it özünə iş tapdı
Günün ulduz falı
Cəbhədən xəbər var
Avropanın rəmzi komandası - SİYAHI
Görməniz lazım olan yerlər (1)
Hava haqqında
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Adət ənənə "Toy"
İmumniteti hansı vitaminlər gücləndirir?
Bədən tipləri
Olimpiadanın talismanları göstərildi
- ŞƏRHLƏR