Qadin.NET / "Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

 

"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO
17 aprel 2018-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində “Kitab Evi” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı və müasir qadın” mövzusunda ədəbi müzakirə keçirildi. Tədbiri giriş sözü ilə Birliyin sədri filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Adilə Nəzərova açdı və XIX əsrdən bugünədək Azərbaycan ədəbiyyatındakı qadın obrazlarını müqayisə etdi. O, ölkədə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin düzgün prinsiplər əsasında fəaliyyətinin qadınların həyat tərzlərinə, bilavasitə ədəbi obrazına təsirini qeyd etdi. Tədbirdə Azərbaycan ədəbiyyatında qadın obrazları; Sovet dövrü qadını və müasir qadın; şərəf, heysiyyət və qadınlıq; müasir Azərbaycan qadınının uğuru və uğursuzluğu; savadlı və savadsız qadın və s. mövzuların işlənmə dərəcəsi və səviyyəsi, həmin əsərlərin təbliği səviyyəsi müzakirə olundu.

 "Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

Müzakirədə bir sıra alimlər, jurnalistlər, tənqidçilər, yazıçı və şairlər iştirak etdilər. Tənqidçi, publisist, filoloq-alim Məti Osmanoğlu, filosof-alim Eliza İsmayılova, filologiya elmləri doktoru Elnarə Akimova, tənqidçi, publisist, filoloq-alim Azər Turan, akademik Hümeyir Əhmədov, yazıçı Səfər Alışarlı, Gülnar Əhməd, Xəyalə Murad, Aləm Kəngərli, filoloq-alim Nizami Muradoğlu, şair-tərcüməçi İbrahim İlyaslı, şair-esseist Fərid Hüseyn, şairlər İlqar Türkoğlu, Mübariz Məsimoğlu, İnqilab Orxan və dəyərli ziyalı Tağı Əhmədov çıxışlarında Azərbaycan ədəbiyyatında Dədə Qorquddan üzü bəri Burlaxatun, Banıçiçək, Selcan xatun və digər obrazların timsalında əksər hallarda qadın statusunun yüksəkdə tutulduğunu qeyd etdilər.

 "Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO
Onlar müasir Azərbaycan ədəbiyyatında haqlı olaraq - Qarabağ məsələsi ilə bağlı yazılan əsərlərin çoxluq təşkil etdiyini, bu əsərlərdə müasir qadın obrazlarının çoxunun oxşar taleli- müharibə qadını kimi işləndiyini vurğuladılar. Müzakirəyə qoşulan qələm adamları qadınların durumuna, həyat tərzinə geniş aspektdən yanaşaraq Azərbaycan qadınının yüksək düşüncə tərzini, dünyagörüşünü təsvir edən əsərləri nümunə göstərdilər. Müstəqillik dövründə ictimai-siyasi dəyişikliklər nəticəsində Avropa mədəniyyətinin ictimai mühitə, xüsusilə qadınların dünyagörüşünə, həyat tərzinə təsir etdiyini –passivlikdən aktivliyə doğru inkişaf edən qadınların bəzi sahələrdə daha ön plana çıxdıqlarını, bunun da mənfi və müsbət tərəflərinin ədəbiyyata yansımasını vurğuladılar. Ədəbiyyat həyatın güzgüsüdür, prinsipinə əsaslanaraq qadının uğurunun və uğursuzluğunun əsas səbəbləri onun əxlaqından, savadından, mədəniyyətindən və nəhayət düşdüyü durumun nəticəsindən asılı olması müzakirənin əsasını təşkil etdi. 
"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

Tədbirdə çıxış edən yazıçı və Qadin.Net saytının baş redaktoru Xəyalə Murad qadınların taleyinə, psixologiyasına yönəli fikirlər səsləndirdi. Onları oxunmamış kitaba bənzədərək, hər kəsi oxumağa səslədi. Xəyalə Murad öz "Adsız" psixoloji romanının baş qəhrəmanını nümünə göstərərək bir bədəndə yaşayan yeddi şəxsiyyətin bədən üzərindəki mübarizəsindən danışdı. Müzakirə iştirakçılarının diqqətini qadın bədənində yaşayan kişi obrazına yönəltdi. 

"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

Müzakirənin sonunda A.Nəzərova bildirdi ki, diqqəti bu problemə yonəltməkdə məqsəd bu gün Azərbaycan qadının uğurunun və uğursuzluğunun səbəblərini açan əsərlərə ehtiyac olduğunu nəzərə çatdırmaqdı. İctimai-siyasi dəyişikliklərin xaosundan yaranan problemləri aşmaqda çətinlik çəkən bir qism qadınların depressiyasını azaldan, psixoloji sıxıntılarını cilalayan əsərlərin yazılması problemin həllinə yönəldir.


18 aprel 2018
GO BACK