Qadin.NET / Psixoloji pozğunluq keçirən 10 MƏŞHUR

Psixoloji pozğunluq keçirən 10 MƏŞHUR

Psixoloji pozğunluq keçirən 10 MƏŞHUR

Cenifer Lopes

2001-ci ildir. Cenifer Lopez "Yetər"" ("Enough") filminin çəkilişlərindədir. Qaynar bir iş rejimidir. Həm musiqiçilik, həm aktyor oyunu Ceylonu yorurdu. Bir də üstünə yüksək tələbkarlıq gələndə dözülməz hala gəldi. Çəkiliş meydançasında qəfil donub qalmış Ceniferi görəndə hamı çaşdı. O, nə danışa, nə də hərəkət edə bilirdi, quruyub qalmışdı. Onu evinə apardılar. Sakitləşdirici həblər qəbul edən Cenifer bir həftəni yuxuda keçirdi.

Britni Spirs

2007-ci il. Britni Spirs iki uşağının qəyyumluğu üçün mübarizə aparır. Uşaqlarının əlindən alınması fikri onu dəli edirdi. Əsəb sarsıntısı keçirdiyi günlərdən birində onu bərbərdə gördülər. Səbəbsiz bir təbəssümlə saçlarını dibindən qırxırdı. Bərbərdən çıxıb küçədəki paparatzilərə hücum etdi. Daha sonra ailəsi onu nəzarətə aldı və müalicə başladı.

Lindsi Lohan

Amerikalı aktrisa və müğənni Lindsi Lohanın psixoloji probleminə bütün dünya şahid olub: maqazin xəbərlərində skandal olan davranışlarına. Narkotika və alkoqol bunlardan yalnız biri idi. Kokain üzündən həbsə girdi, başqasının avtomobilini əzib, bahalı bir boyunbağını oğurladı... Yalnız uzun sürən müalicədən sonra həyatını nizamlaya bildi.

 

Psixoloji pozğunluq keçirən 10 MƏŞHUR

Selena Qomez

Gənc yaşda şöhrət qazanan amerikalı aktrisa Selena Qomez də psixoloji problemlər yaşadı. Terapiya və müalicələrlə bir müddət idarə etsə də, az sonra müalicənin bir faydası olmadı. 2014-cü ildə psixloji böhran üzündən musiqi həyatına son qoydu. "Qırmızı qurd eşənəyi" xəstəliyi yenidən baş qaldırdı.

Meraya Kerri

2001-ci ildə sevgilisi Luis Migeldən ayrılan müğənni Meraya Kerri ciddi əsəb böhranı keçirirdi. MTV-də yayımlanan proqramda qonaq olan Meraya tamaşaçıların qabağında qəfil soyunmağa başladı. Bunun ardınca qaldığı oteldə sındırdığı boşqablarla bədənini kəsdi. Asisstenti onu qan içində gördü. Dərhal reanimasiyaya alındı.

 

Psixoloji pozğunluq keçirən 10 MƏŞHUR
Demi Lovato

"Kokainsiz bir saat belə qala bilmirəm" deyən Lovato özünə xəsarət yetirməyə başlayanda artıq psixoloji xəstəliyi xeyli irəliləmişdi. Amma həkimlər onun çətin dönəmlərini adlamasına yardım edə bildilər.

30 iyul 2017
GO BACK