Daha çox Frida Kahlo kimi tanınan Magdalena Carmen Frida Kahlo Calderón 1907-ci il iyulun 7-si Coyoacan da anadan olan meksikalı bir rəssam olub. Məşhur meksikalı nəqqaş Diego Rivera ilə evli olub, onun həyatı uşaqlıqda tutulduğu xəstəliyə görə əziyyətli keçib və gənc yaşlarında ağır bir qəza keçirdiyinə görə uzun bir müddət yatalaq olub və bu müddət ərzində 32 dəfə cərrahiyyə əməliyyatı olunub.Çox qısa bir müddət adi həyat tərzi sürüb. Biseksual idi və onun sevgililəri arasında Leon Trotski vardı.Onun rəsm əsərləri öz bioqrafiyası və keçirdiyi ağır günlər ətrafında dönür. 200 dən çox əsər müəllifidi. Bu əsərlərin çoxu da həyatda qalma mübarizəsindən bəhs edən avto-portretləridir. Kahlonun əsərləri həyat yoldaşı olan tanınmış rəssam Diego Rivera-ya təsir etməsiylə o yerli meksika xalqının incəsənətinə duyduğu sevgini göstərdi və üst-inqilabi dövrün digər meksikalı rəssamlarını ruhlandırdı.
Meksikalı qadın rəssam Frida Kahlonun illərcə kilidli qalan əşyalarının şəkillərini sizə təqdim edirk: