Jeanne Baret
Dünya səyahətinə çıxmış ilk qadındır. Kişi paltarı geyərək, Fransız botanikin köməkçisi kimi gəmiyə minmişdir. Bir il sonra Parisə qayıtmış və Təbii Tarix Muzeyinə 3,000 yeni və tanınmayan bitki növü bağışlamışdır. Kral tərəfindən mükafatlandırılmış və ömürün sonuna kimi ona təqaüd kəsilmişdir.
Eleanor Roosevelt
Dünyanın ilk first leydisi olub. Yüksək vəzifədə olmasına baxmayaraq, cəmiyyətin problemlərini əks etdirən məqalələr çap etdirmişdir. Ərinə siyasi qorxularının öhdəsindən gəlməkdə kömək etmişdir. Ümumdünya İnsan Haqları Bəyannaməsini yaratmış və qadın haqları üçün mübarizə aparmışdır.
Malala Yousafzai
Onun 11 yaşı olanda Taliban haqqında bloqda yazılar yazmış və qızların oxumasını dəstəkləyən düşüncələrini bölüşmüşdür. Buna görə də, başından güllələnmişdir, lakin xilas olmuş, hələ də öz dəyərləri uğurunda mübarizə aparır. 19 yaşında Nobel mükafatını qazanan ən cavan qalib sayılır. Milyonlarla qızların ümid simvolu sayılır.
Marie Sklodowska-Curie
Elm sahəsində qadınlar üçün ilhamdırıcı olmuşdur. İlk nobel mükafatı alan qadın olaraq digər qadınların elmdə yolunu açmışdır. Əri ilə birlikdə bir çox kəşflərə imza atmışdır.