Qadin.NET / Dünyanın ən ruhlandırıcı 10 qadın səyyahı (2)

Dünyanın ən ruhlandırıcı 10 qadın səyyahı (2)

Dünyanın ən ruhlandırıcı 10 qadın səyyahı (2)

6.Junko Tabei (1939) Everest zirvəsinə və  Yeddi Zirvəyə çıxan ilk qadın 

Yaponiyalı alpinist Junko 1975-ci ildə Himalay dağlarında Everest zirvəsinə çıxaraq, bunu edən ilk qadın olaraq tarixə düşüb. O eyni zamanda dünyanın Yeddi Zirvəsinə çıxan ilk qadındır.  Junki 73 yaşında olarkən alpinist fəaliyyətinə və bu kimi aktivitələrə son verərək “Himalayan Adventure Trust of Japan” adlı dağçılıqla bağlı əşyalar istehsal edən şirkətdə direktor işləməyə başlayıb və hələ də eyni işi davam etdirir.

Dünyanın ən ruhlandırıcı 10 qadın səyyahı (2)

7.Maureen Wheeler (1950) “Lonely Planet” adlı səyahət şirkətinin yaradıcılarından biri

Bir səyyah olaraq onun hekayəsi 1972-ci ildə həyat yoldaşı ilə Asiyaya səyahət edəndən sonra başlayıb. Geri qayıtdıqdan sonra ətrafda hər kəs onlara bu səyahət haqqında sonsuz suallar verməyə başlayır, nəticədə cütlük Asiya səyahəti haqqında kitab yazmağa qərar verir. “Ucuz şəkildə Asiya səyahəti” kitabının önəmi odur ki, bununla dünyada, indi hamının bildiyi, səyahət bələdçiliyinin əsası qoyulur. Maureen hələ də səyahət edir və bələdçi yazılar hazırlayır. Onun haqqında Lonely Planet -in saytında daha çox məlumat əldə edə bilərsiniz.

Dünyanın ən ruhlandırıcı 10 qadın səyyahı (2)

8.Gertrude Bell  (1868 – 1926) Çoxşaxəli istedada malik qadın və səyyah

Arxeoloq, diplomat, dilçi, yazar, ərəbşünas və Beynəlxalq Qızılxaç Komitəsinin könüllüsü. Bütün bunlara 20-ci əsrin əvvəllərində sahib olan bu qadın İraq dövlətinin yaranmasında önəmli rol oynayıb. Onun bəzi sənədləri, qeydlərivə əsərləri hələ də hökumət işlərində istinad kimi istifadə olunur. Və bütün bunlarla yanaşı o həm də bir səyyah idi.

Dünyanın ən ruhlandırıcı 10 qadın səyyahı (2)

9.Tina Sjögren (1959) –  Dünyanın hər iki qütbündə olan ilk qadın

Praqada doğulan Tina 9 yaşıdaykən ailəsi ilə birlikdə İsveçə köçür. 1983-cü ildə isə bir İsveç vətəndaşı ilə ailə qurub Nyu Yorka köçür. Birlikdə səyahətə başlayan cütlük T&T (Tina və Tom) olaraq tanınırlar. Tina Himalay dağlarında Everest zirvəsinə çıxıb, bundan başqa şimal və cənub qütblərinə səyahət edib, bununla da o Three Poles Challenge-ı tamamlayan ilk qadın olaraq tarixə düşüb. Bundan əvvəl heç bir qadın həm Everestə, həm də Yer kürəsinin hər iki qütbünə səyahət etməmişdi.

Dünyanın ən ruhlandırıcı 10 qadın səyyahı (2)

10.Rosie Swale-Pope  (1946) Dünyanı qaçaraq səyahət edən qadın

Həyat yoldaşını xərçəng xəstəliyi nəticəsində itirəndən sonra Rosie bir cüt idman ayaqqabısı alır. Bu uzun bir yolun başlanğıcı idi. Dünyanı qaçaraq səyahət edən xanım səyyahın məqsədi xərçəng xəstəliyinə diqqət çəkməkdir. Səyahətə başlayanda Rosienin 57 yaşı vardı.

Səmra

5 iyul 2016
GO BACK